Xatirə İslam müğənnilərdən pul alan şəxsi ifşa etdi
Müğənni Xatirə İslam dələduzluğa məruz qalıb.
Open.az xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.
O, video paylaşaraq özünü iş adamı Mübariz Mənsimovun yaxını kimi təqdim edən Sahil İmanov tərəfindən aldadıldığını açıqlayıb: "Özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı, Türkiyədə sayılan-seçilən kanalın rəhbəri kimi təqdim edən Sahil İmanov haqda danışacam. Mənə də dəfələrlə zəng edib, nələrsə soruşub. Əlimdən gələn paylaşımı etmişəm. Bu adama görə yox, Mübariz Mənsimovun xatirinə etmişəm.
Sahil İmanov Azərbaycanda olan tanınmış insanları aldadır, pulunu mənimsəyir. Birinə deyir sənə sosial şəbəkədə mavi işarəni alacam, birinə deyir "Youtube"da hər şey mənlikdir. Hər şeyi bacardığını deyir. Bu cür danışaraq məşhurları aldadır. Biri mən özüm. Yaxınımı da aldadıb. Mübariz Mənsimovun işçisidirsə, bir ölçü götürülsün. Sahilin özünə də dedim ki, bir çox yalan danışmısan, vədlər vermisən, mənə bulaşma. Yazdı ki, üzr istəyirəm, yaxınınızın pulunu qaytaracam. Sözünün üstündə dayanmadı".
Sənətçi daha sonra sözügedən posta yazılan rəylərə cavab verərək aldadılan yaxınının Əməkdar artist Vasif Məhərrəmli olduğunu vurğulayıb.










Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?