XƏBƏRDARLIQ: "Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə…

XƏBƏRDARLIQ: Havaların soyuması ilə bağlı mövsümi xəstəliklərin də sayı artır. Ümumi şəkildə qrip adlandırdığımız bu mövsümi xəstəliklərə qarşı mübarizədə çoxlarımız həkim məsləhəti olmadan antibiotik qəbul edirik. Bu isə olduqca təhlükəlidir.
Çünki antibiotiklər bütün orqanizmlərə uyğun deyil və yan təsirləri olur.
Ona görə də antibiotikdən istifadəni yalnız həkimin müəyyən edə bilər. İstənilən dərman preparatından insan şoka düşə, allergik funksiyalara məruz qala bilər. Bunun daha ağır forması anafilaktik şokdur. Antibiotiklər müxtəlif təsirlərə malikdir. Bu dərman vasitələrinə qarşı mikrobların davamlılığı günü-gündən artdıqca antibiotiklərin də daha güclü təsirə malik olan növləri istehsal olunur.
Milli.Az xəbər verir ki, "Reseptsiz dərman satışı doğru deyil" Məsələ ilə bağlı fikirlərini bizim.media ilə bölüşən həkim Rasif Bağırov bildirib ki, antibiotikin xəstəyə təyin olunması üçün ciddi əsaslar lazımdır:
"Təəssüf ki, adi virus xəstəlikləri zamanı belə insanlarımız özbaşına antibiotiklərdən istifadə edir. Ümumiyyətlə, dərmanların apteklərdən reseptsiz buraxılması doğru deyil. Dünyanın heç bir ölkəsində reseptiz dərman satılmır. Amma bizdə ixtiyari şəxs aptekə girib istədiyi dərmanı reseptsiz əldə edə bilir. Bu da insanların tibbi savadsızlığından irəli gəlir.
Bir çoxları həkimə getməkdənsə, aptek satıcısından və yaxud internet resurslarından məsləhət alır. Halbuki, həkim məsləhəti olmadan hansısa dərmanın qəbul edilməsi çox təhlükəlidir. Çünki həkim xəstəyə hansısa dərmanı yazanda onun yan təsirlərini nəzərə alır. Amma aptekdəki satıcı üçün bu vacib deyil. Təki onun alveri getsin. Qış aylarında insanlar antibiotiklərdən çox istifadə edir. Bu istifadə zamanı da çox vaxt həkimlə məsləhətləşmirlər".
"Həkim məsləhəti olmadan antibiotik qəbul edilərsə..."
Həkim qeyd edib ki, həkim məsləhəti olmadan antibiotiklərin qəbul edilməsinin ciddi fəsadları olur:
"Məsələn, kimsə böyrək xəstəliyindən əziyyət çəkir. Antibiotik də böyrək üçün zəhər hesab olunur. Belə adamlar sonra böyrək çatışmazlığından əziyyət çəkir. Ümumiyyətlə, hansısa xəstəliyin daşıyıcısı olan şəxs həkim məsləhəti olmadan antibiotik qəbul edirsə, bunun çox ağır fəsadları olur. Hətta ölüm halları baş verir.Ümumiyyətlə, özünümüalicənin çox ağır nəticələri olur".
Rasif Bağırov ölkəmizdə reseptsiz dərman satışının ciddi problem olduğunu bildirib:
"Bu məsələdə məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür. Reseptsiz dərman satışının qarşısı hökmən alınmalıdır. Bildiyim qədər, yanvarın 1-dən elektron resept layihəsinin icrasına başlanılır. Bu problemin həllinə müəyyən qədər kömək edəcək. Amma nəzarət ciddi şəkildə gücləndirilməlidir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1322   Tarix: 17 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

aksessuarlar qadin sayti kosmetik vasiteler fitness agil haqqinda atalar sözləri kosmetoloqiya illik bürclər kosmetika bayatı meseller xanim.az maskalar kəlamlar