Xərçəng hüceyrələrini məhv edən PƏHRİZ HAZIRLANIB
Şimali Karolina Universitetinin Tibb fakültəsinin alimləri insan orqanizmindəki xərçəng hüceyrələrini məhv edə bilən pəhriz hazırlayıblar.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna əsaslanaraq alimlər xərçəng xəstələrinin enerji ehtiyaclarını ödəyəcək balanslaşdırılmış qidalanmanın vacibliyini vurğulayıblar. Tədqiqatçılar siçanlar üzərində təcrübə aparıblar. Onlar sınaq subyektlərinin qida rasionundan müəyyən amin turşularını çıxarıblar və beləliklə, lipid peroksidlərinin hüceyrədə toplandığı nekrozun bir forması olan ferroptozun xəstəliyin dağıdıcı hüceyrələrinin ölüm prosesini işə saldığını aşkar ediblər.
Bundan əlavə, bu pəhrizd tətbiq edilən siçanlar dərman qəbul etməkdə daha yaxşı olublar.
"Tədqiqat nəticəsində məlum olub ki, iki kükürdlü amin turşusu olan sistein və metionində aşağı olan pəhriz glioblastomada ferroptoz və xərçəng hüceyrələrinin ölümü şansını artıra bilər. Sistein tam taxıl, mal əti, yumurta və quş ətində, metionin isə qoz-fındıq, balıq, donuz əti, mal əti, yumurta və quş ətində olur", - ekspertlər bildirib.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Murad Arif Naxçıvanda gənclərlə görüşdü
Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO
"Harri Potter"in aktyoru öldü
Maykl' filmindən tarixi rekord
120 il yaşamaq üçün nə edək?
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
Fəxri İsmayılova yüksək vəzifə verildi