"Xərçəng olduğumu biləndə Allaha şükür etdim, buna həkimlərim də təəccübləndilər

"Adətən doğum günümü qeyd etmirəm. Çünki doğum günüm əvvəl Kəlbəcərin işğal gününə təsadüf etdiyi üçün indi də bir növ adətkar olmuşam, qəribə gəlir ad günü keçirmək. Amma bu gün hiss edirəm ki, mənə nəsə sürpriz hazırlayırlar. Çünki məni evdən çıxarıblar, hərəsi bir işlə məşğul olur və hiss edirəm ki, nəsə hazırlayırlar, amma nə olduğunu bilmirəm".
azxeber.com moderator.az-a istinadən bildirir ki, bunu hüquqşunas, aparıcı Zülfiyyə Bayramova deyib. Z.Bayramova xərçənglə mübarizəsindən də danışıb:
"Kəlbəcər işğaldan azad ediləndən sonra ən böyük hədiyyəni oğlum etdi, ordan məni təbrik elədi. Bu mənim üçün dünyanın ən böyük hədiyyəsi idi. Amma bu il hələ bilmirəm nə baş verir".
Z.Bayramova son zamanlar keçirdiyi əməliyyatların səbəbini də izah edib:
"Xərçəngə qalib gəlmişəm, amma bu əməliyyatlarla qalan fəsadları aradan qaldırmaq istəyirik. Çünki vaxtında ximiya qəbul etmişəm və o da müəyyən orqanları zədələyib. Yəni qorxulu bir şey yoxdur".
Z.Bayramova xərçəng olduğunu ona deyəndə Allaha şükür etdiyini bildirib:
"Xərçəng olduğumu biləndə Allaha şükür etdim. həkimlərim də, ətrafımdakı insanlar da buna təəccübləndilər. Hətta həkim səbəbini soruşanda dedim ki, hər gün yuxudan oyananda əllərimi göyə açıb Allaha dua edirəm ki, İlahi, məni balalarımla imtahana çəkmə. Allah da bu gün məni balalarımla yox, özümlə imtahana çəkdi və dualarımı eşitdi. Biz o şəhid analarının yerində olsaq, nə olardı? Onlara bu dəqiqə desən ki, sən sağalmayan xəstəliyə düçar olacaqsan, amma əvəzində balan sağalıb gələcək, onda buna razı olarlar. Bu şeyləri eşidib Allaha şükür edirəm".

Şou Biznes     Baxılıb: 1485   Tarix: 03 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

turlar.az

sac duzumleri geyim və ayaqqabılar gozel gorunmek intim hekayələr nişan geyim modelləri dirnaqlara qulluq qaydalari allergiya kosmetika atalar sozleri gözellik ikizler opusme kahfe falı