Xərçəng olmaq istəmirsizsə siqaret çəkməyin...DƏHŞƏTLİ FAKTLAR

Xərçəng olmaq istəmirsizsə siqaret çəkməyin...DƏHŞƏTLİ FAKTLARAlimlər aşkar edib ki, gündə bir paket siqaret çəkmək hər il çəkən şəxsin ağciyər hüceyrələrində 150 təhlükəli dəyişikliyə səbəb ola bilər.

Bu, bədənin müxtəlif orqanlarında siqaretin səbəb olduğu məhvedici genetik ziyan və ya mutasiyaları araşdıran tədqiqatın nəticələridir.
"Amerikanın səsi"nə istinadən bildirilir ki, Science (Elm) jurnalında dərc olunan araşdırmada, tədqiqatçılar bildirir ki, nəticələr həyat boyu çəkilən siqaret sayı ilə xərçəng şişlərinin DNK-sındakı mutasiyalar arasında birbaşa əlaqənin olduğunu göstərir.

Onların dediyinə görə, ən yüksək mutasiya dərəcələri ağciyər xərçənglərində müşahidə olunsa da, sidik kisəsi, qaraciyər və boğaz da daxil olmaqla bədənin digər hissələrindəki bədxassəli şişlərdə də siqarətlə əlaqəli mutasiyalar var. Bu da siqarət çəkməyin ağciyərdən başqa digər xərçəng növlərinə gətirib çıxara biləcəyini göstərir.

Siqaret çəkmək hər il dünya boyu altı milyon insanın ölümünə səbəb olur. Ümumdüya Səhiyyə Təşkilatı təxmin edir ki, əgər hazırkı trend davam etsə, bu əsr ərzində 1 milyarddan çox tütünə bağlı ölüm halları olacaq.

Xərçəng hüceyrənin DNK-sındakı mutasiyalardan yaranır. Siqaret çəkmək azı 17 xərçəng növü ilə əlaqələndirilib, ancaq indiyədək alimlər bir çoxunun arxasındakı mexanizmi müəyyən edə bilməmişdi.

Tədqiqatı aparanlardan Birləşmiş Ştatlarda yerləşən Los Alamos Milli Laboratoriyasından Ludmil Aleksandrov deyir ki, indiyədək əsasən siqaret çəkməyin bədənin tüstü ilə birbaşa əlaqədə olmayan hissələrində xərçəng riskini necə artırdığını anlamaq çətin idi.

"Bundan əvvəl, bizim əlimizdə siqaret çəkməyi xərçənglə əlaqələndirən bir sıra epidemioloji sübut var idi, amma indi biz DNK-dakı molekulyar dəyişikliyi müşahidə edib, hesablaya bilirik," deyə o bildirib.

Bu araşdırmada 5 mindən çox bədxassəli şiş tədqiq edilib və siqaret çəkən insanlardakı xərçəng heç bir zaman siqaret çəkməyənlərlə müqayisə edilib.

Siqaret çəkənlərin DNK-sında mutasiya imzası adlanan DNK-nın bəzi xüsusi molekulyar izləri aşkar edilib və alimlər müxtəlif bədxassəli şiş növlərində bunlardan neçəsinin olduğunu hesablayıblar.

Belə bir nəticə əldə olunub ki, gündə bir paket siqaret çəkmək ağciyər hüceyrələrinin hər birində 150 mutasiyaya səbəb olur.

Tədqiqatçıların dediyinə görə, hər mutasiya xərçəngə gətirib çıxara bilən "genetik ziyan"ın başlanğıc nöqtəsidir.

Nəticələr həmçinin onu göstərir ki, gündə bir paket siqaret çəkmək qırtlaqdakı hər bir hüceyrədə 97, udlaqda 39, ağızda 23, sidik kisəsində 18 və qaraciyərdə altı mutasiyaya səbəb olur.

Xəbərlər     Baxılıb: 2042   Tarix: 10 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

hamiləlik geyim şəkilləri qadın geyimi suni usaq yemekleri quru deri ucun maska şəbəkə sənəti piroq reseptləri kosmetika novruz hakısdası arxadan olmag tapmacalar mekteb novruz bayramına aid bakışta