Xərçəng üzərində qələbə yaxındır - FOTO

Xərçəng üzərində qələbə yaxındır - FOTOMenengiomadan əziyyət çəkən 40 yaşlı Ruvimbo Kaviya endoskopik transorbital yanaşma ilə unikal əməliyyat keçirən ilk xəstə olub. 
Milli.Az bildirir ki, bu üsul Lids NHS tədris xəstəxanaları cərrahlarına kəllə sümüyünün mürəkkəb və riskli manipulyasiyasına ehtiyac olmadan mağara sinusdan - beynin altındakı və gözlərin arxasındakı bölgədən bir şişi çıxarmağa imkan verib.
Əvvəllər bu cür şişlərin əməliyyatı mümkünsüz hesab olunurdu, ya da qıcolma və ya geri dönməz beyin zədələnməsi kimi ciddi risklərlə müşayiət olunan mürəkkəb prosedurlara ehtiyac yaranırdı. Bununla belə, britaniyalı cərrahların innovativ üsulu əvvəllər sağalmaz hesab edilən şişlərin müalicəsində yeni üfüqlər açıb.
Ruvimbo 2023-cü ildə dözülməz baş ağrılarından şikayət edərək həkimlərə müraciət edərkən diaqnoz qoyulub. "Ağrını üzümdə elektrik cərəyanı zərbəsi kimi hiss edirdim, yemək yeyə, dişlərimi fırçalaya və hətta dərimə toxuna bilmirdim", - qadın deyib. 
Sonradan ona bir yox, iki şiş diaqnozu qoyulub və bu, vəziyyəti daha da mürəkkəbləşdirib.
Ailəsinin qorxularına və yeni texnika ilə bağlı risklərə baxmayaraq, Ruvimbo əməliyyat keçirməyə qərar verib. Nəticə gözləntiləri üstələyib: xəstə əməliyyatın ertəsi gün ayağa qalxıb və  bir neçə gün sonra evə gedə bilib.
Yeganə yan təsirlər kiçik çapıq və müvəqqəti ikiqat görmə olub.
Bu uğur təkcə Britaniya təbabəti üçün deyil, həm də qlobal neyrocərrahiyyə üçün mühüm addımdır. Yeni üsul əvvəllər sağalma şansları cüzi olan beynin çətin əldə edilən nahiyələrində şişləri olan bir çox xəstələr üçün xilasedici ola bilər. /Lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1859   Tarix: 02 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

geyim seçimi yay kolleksiyasi makiyaj etmek qaydalari öpüşmək qaydası mektebli sac duzumleri saç tökülməsi utunun altini nece temizlemek kosmetika qaynanaya aid yutube vidyolar maraqlı vetene aid atalar sozleri