Xərçəngdən əziyyət çəkən məşhur müğənninin ARZUSU: "Çox istəyərdim ki..." - VİDEO
ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan tanınmış müğənni Harun Kolçak uzun sürən xərçəng xəstəliyindən bəhs edib.
Xanim.az-ın məlumatına görə, o deyib:
"Səhhətim indi çox yaxşıdır. 7 ay çox ağır günlər yaşadım. Amma hər şey keçdi. Bir çox insanın ümidi oldum. Həyatımda çox şey dəyişdi. Ən əsas isə mən dəyişdim. Neqativ insanları həyatımdan uzaqlaşdırdım. Daha sakit bir həyat sürməyə başladım. Bağçalı bir evdə heyvanlarımla yaşayıram".
Sonda isə sənətçi Azərbaycanda konsert vermək diləyini də dilə gətirib:
"Çox təşəkkür edirəm. 25 illik səhnə həyatımda ilk dəfədir ki, Azərbaycan telekanalına müsahibə verirəm. Bu, çox gözəl oldu. İnstagramda sizin ölkədən olan fanatlarım dəvətlər edir. Azərbaycana çağırırlar. Amma dəvət olmasa, gəlmək olmur. Təyyarədən düşüb, biz konsert verməyə gəldik deyə bilmərik. Azərbaycana gəlməyi çox istəyirəm".
f Paylaş