Xərçəngdən əziyyət çəkən məşhur rejissorun həkimi danışdı: "Vəziyyəti ağırdır" + VİDEO
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti pisləşib.
Bu haqda APA TV-yə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının hematoloqu Şəhla Şabanova məlumat verib.
O bildirib ki, Ş.Zəkizadə hazırda həkim nəzarətindədir: "Şahin Zəkizadə 2016-cı ilin sentyabrından kəskin linfoblastik leykoz diaqnozu ilə yatır. İlk kursdan etibarən remisiya əldə olunan xəstədə 3-4 ay ərzində xəstəlik təkrarlandı. Təkrarlanması xoş bir şey deyil, xəstəliyin gedişatı daha da çətinləşir. Bu durumda daha ağır protokolla daha da aqressiv yanaşılma məsləhət görülür. Hazırda dərin neytraperiya, yəni xəstənin immun sisteminin çökdürülməsi ikincili infeksiyanın qaçılmaz olması ilə nəticələnir. Bu səbəbdən vəziyyəti ağırdır. Hazırda həkimlərin iştirakı ilə konsiliumu davam etdiririk. Əlimizdən gələni edirik ki, vəziyyəti yaxşılaşsın".
Şəhla Şabanovanın sözlərinə görə, Şahin Zəkizadənin ağrıları şiddətlənib. Əgər ağırlaşmasının qarşısı alınmazsa, xəstənin yenidən reanimasiyaya yerləşdirilməsi qaçılmaz olacaq.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri