Xərçəngə qarşı qidalanma: Onkoloqlar bədxassəli şişlərdən qorunmağın qaydasını tərtib etdi

Xərçəngə qarşı qidalanma: Onkoloqlar bədxassəli şişlərdən qorunmağın qaydasını tərtib etdiElmi araşdırmalar göstərir ki, qidalanma prinsipi şişlərin inkişaf riskini azaltmağa kömək edir. Seçenov Universitetinin Uroloji Klinikasının onkoloqları qidalanma qaydaları ilə bağlı xəritə tərtib edib. Bunları bilmək öz sağlamlığını qorumaq istəyən və yaxınlarının səhhətinin qeydinə qalan hər kəs üçün faydalıdır. Mütəxəssislər iddia edir ki, xərçəng diaqnozu qoyulubsa, bu prinsiplərə əməl etmək müalicə şansını artırır.
Milli.Az bu yazıda oxucuları onkoloqların hazırladığı qidalanma qaydaları ilə tanış edir.
Ağır çəkili olmayan məhsullar
Bunlar yaşıl tərəvəz adlanır, çünki onlar demək olar ki, "pis" (həzm edilə bilən) karbohidratlar deyil. Bu cür tərəvəzlər qanda şəkərin səviyyəsini artırmır və aşağı kalorili tərkibə malikdir. İstədiyiniz qədər yeyə bilərsiniz.
Ən yaxşı göyərti kahı yarpaqlarıdır. Rəng nə qədər parlaqdırsa, bir o qədər faydalıdır. Şişlərin başlaması və inkişafının qarşısını almaq üçün tez-tez rasiona aşağıdakıları daxil edin:
- gül kələmi, qırmızı və ağ kələm
- brokoli
- ispanaq
- şalgam
- yaşıl soğan və kəvər.
Şəkərə nəzarət edirik
Hər çay qaşığı şəkərin sağlamlığa zərərli olması barədə internetdə bir çox "dəhşətli hekayə" var, şəkər zərərli hüceyrələrin böyüməsi üçün yanacaqdır. Elm bunu təsdiqləyir.
- Şəkər həqiqətən bədəndəki bütün hüceyrələri qidalandırır: həm sağlam, həm də xərçəng. Yediyimiz karbohidratlar bir növ "şəkər" şəklində parçalanır. Və bu məhsul bədəndə əsas enerji mənbəyi kimi xidmət edir. Daha az karbohidrat yeməyə başlasanız, bədən zülal və yağ kimi digər mənbələrdən də enerji alacaq.
- İnsulin hormonu hüceyrələrimizə şəkəri "tutmaq" və enerji yaratmaq imkanı verir. Nə qədər şəkər istifadə etsəniz, bir o qədər insulin ifraz olunur. Elmi tədqiqatlar göstərir ki, qanda yüksək miqdarda insulin xərçəng riskinin artması ilə əlaqələndirilir. Yəni, insulin normal olduqda narahat olmaq üçün heç bir səbəb yoxdur. Lakin həddindən artıq insulin xərçəng hüceyrələrinin böyüməsini stimullaşdırır.
Artıq çəki və piylənmə insulin müqavimətinə (hüceyrələrin insulinə həssaslığı) və 2 tip diabetin inkişafına səbəb ola bilər. Bu halda qanda insulinin səviyyəsi yüksəlir və xərçəng riski inkişaf edir. Bundan əlavə, artıq çəki bədxassəli şişlərin böyüməsini stimullaşdıra bilər.
Əgər artıq çəki yoxdursa və qanda qlükoza səviyyəsi artırmırsa, onda uyğun miqdarda şirniyyat yemək əks göstəriş verməyəcək. Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsasən, qida və içkilər də daxil olmaqla gündə 6 çay qaşığı şəkərdən çox istifadə etməmək tövsiyə olunur.
Artıq çəki, qlükoza və ya insulinin səviyyəsi ilə bağlı problemlər varsa (bunu həm tibbi müayinə zamanı, həm də endokrinoloqa müraciət edərək müəyyən edə bilərsiniz), şirniyyatı məhdudlaşdırmaq lazımdır. Qədərini həkimlər təyin edəcək.
Artıq çəkili insanlarda xərçəngin hansı növlərinə daha çox rast gəlinir?
Amerika Xərçəng Birliyi, Amerika Birləşmiş Ştatlarında xərçəng səbəbi ilə baş verən üç ölüm hadisəsindən birini çəki, qidalanma və ya oturaq həyat tərzi ilə əlaqələndirir. Piylənmə olan insanlarda xərçəngin təkrarlanma riski var.
Sübut olunub ki, artıq çəki və piylənmə xərçəng riskini artırır:
döş xərçəngi (xüsusilə menopozdan sonra qadınlarda);
kolorektal xərçəng;
endometrial xərçəng;
qida borusu xərçəngi;
böyrək xərçəngi;
yumurtalıq xərçəngi;
pankreas xərçəngi.
Qidalanma qaydaları
Bu ipucları kalorini azaltmağa, çəkini normallaşdırmağa və ümumiyyətlə sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək.
- Yağ soyumuş şorbaların və sulu yeməklərin səthində yığılır. Yağı çıxarın və yeməyi qızdırın.
- Duzu məhdudlaşdırın. Bişirmə zamanı daha az əlavə etməyə çalışın və masaya duz qoymayın. Dadı artırmaq üçün ədviyyat, şərab, limon suyu istifadə edə bilərsiniz.
- Az yağlı ət istifadə edin. Əti sobada yağsız bişirmək məsləhətdir.
- Pəhrizə daha çox tərəvəz əlavə edin. Gündə 400 qram yemək ideal normadır. Hər yeməkdə boşqabınızda tərəvəzlərin olması məsləhətdir. Nə qədər az bişsələr, bir o qədər yaxşıdır. Kartof 400 qram tərəvəzin tərkibinə daxil deyil.
- Arpa kimi bütün taxıl növlərindən istifadə edin. Blinçik, şirin kökə, çörək və xəmir hazırlamaq üçün bu undan istifadə edilə bilər.
Xərçəng riskini artırdığı sübut olunan məhsullar
Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, akademik Andrey Kaprinin sözlərinə görə, sağlamlığımızın əsas düşməni və xərçəngin tərəfdarları bunlardır:
1) Trans yağlarda bişirilən bütün məhsullar, ilk növbədə fəstfud. Təhlükəli məhsullar arasında çipsi də var. Etiketlərdə trans yağlar adətən aşağıdakı adlarla maskalanır: "Qismən hidrogenləşdirilmiş yağlar", "Bərkimiş yağlar", "Modifikasiya edilmiş yağlar".
2) Tədqiqatlar göstərir ki, kolbasa, sosiska və digər konservləşdirilmiş ət gündəlik istifadə edildikdə bağırsaq xərçənginin inkişaf riskini xeyli artırır. Xəstəliyin yayılması dünyada böyüyür, proqnozlara görə, bu xərçəng növünə yoluxanlar tezliklə ağciyər xərçəngi və döş xərçəngindən əziyyət çəkənləri ötüb keçəcək.
3) Daha sadə sözlə, etanolun parçalanması zəhərli məhsulları hüceyrələrdə mutasiyaya səbəb olur ki, bu da şişin əmələ gəlməsi və böyüməsi riskini artırır. Minimum alkoqol istifadəsi zamanı sağlam orqanizm ona dəymiş zərəri bərpa edərək ortaya çıxan xərçəng hüceyrələrini məhv edir. Bədənin zəifləməsi və ya şəxsin alkoqoldan sui-istifadə etməsi halında xərçəng riski dəfələrlə artır. Bu gün alkoqol istifadəsi ilə yalnız qaraciyərin deyil, eyni zamanda döş, ağciyər, prostat, mədəaltı vəzi xərçəngi arasındakı əlaqənin olduğu sübut edilib.
DİQQƏT
Son beynəlxalq araşdırmalara əsasən, ən təhlükəsiz spirt miqdarı - 13 dərəcəli 2,5 qədəh şərabdır.
Alkoqolun bu həddən sonrakı miqdarı sağlamlıq üçün riski əhəmiyyətli dərəcədə artırır. Elm adamlarının sözlərinə görə, həftədə 6 qədəh şərab, 6 stəkan pivə və ya 14 badə araq həm qadınlar, həm də kişilər üçün zərərlidir. Alkoqol qəbulu arasında 1-2 gün fasilə vermək məsləhət görülür. Dozanı bir anda içmək məsləhət deyil. Bu, bədənə yükü kritik şəkildə artırır və qoruyucu mexanizmlərin, o cümlədən xərçəng əleyhinə təsirlərin azalmasına səbəb olur. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2577   Tarix: 01 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yay geyimləri 2026 makiyaj instagram donlar 2026 məsləhətlər qonaq otagi dizayni gözəllik və makiyaj süd vəziləri kosmetika toyuq salati hakista sozler bürclər xerceng nizami gəncəvi