Xərçəngə yoluxmaq istəmirsinizsə, əməl edin – XANIMLARA 11 MƏSLƏHƏT

Xərçəngə yoluxmaq istəmirsinizsə, əməl edin – XANIMLARA 11 MƏSLƏHƏTSüd vəzi xərçəngi bir çox qadında ən çox müşahidə edilən xərçəng növüdür. Dünyada hər il 1 milyon 700 mindən çox qadına döş xərçəngi diaqnozu qoyulur. Lakin 2000-ci illərdən etibarən bu rəqəm artsa da, erkən diaqnoz və inkişaf etmiş müalicə üsulları sayəsində süd vəzi xərçəngi azalmağa başlayıb. Mütəxəssislər bildirir ki, süd vəzi xərçənginin inkişafında cinsiyyət, yaş, genetik keçid, ailə xəstəlikləri, döş toxumasının sıx olması və fərqli xəstəliklər rol oynayır. Lakin bir çox faktorlar döş xərçəngi riskini böyük nisbətdə azalda bilər. Aile.lent.az xanımlara döş xərçəngi riskini azaldan məsləhətlər verir.

1. Ana olmağı gecikdirməyin

Doğmaq, dünyaya uşaq gətirmək, xüsusilə də ilk doğuşu 30 yaşından əvvəl etmək döş xərçəngi riskini azaldan əhəmiyyətli faktordur. Üstəlik, bu risk hər doğuşla 7 faiz azalır.

2. Körpənizi əmizdirin

Döş xərçəngi daha çox 50 yaşından sonra müşahidə edilir. Ancaq menopauzadan əvvəl, yəni gənc yaşlarda da inkişaf edə bilər. Ailəsində süd vəzi xərçəngi olan qadınlarda risk daha yüksək olur. 30 ölkədə 150 ​​min qadın üzərində aparılan araşdırmada əmizdirmənin döş xərçəngi üzərində qoruyucu təsiri sübut olunub. Aparılan tədqiqatlarda 12 ay uşaq əmizdirən qadınlarda süd vəzi xərçəngi riskinin 4 faiz azaldığı təsbit edilib.

3. Formada qalın

Həddindən artıq çəki və ya piylənmə döş xərçəngi riskini artırır. Bunun səbəbi isə artıq çəkili insanlarda qandakı cinsiyyət hormonları, insulinin artmasıdır. Bütün bu faktorlar da döş xərçəngi baxımından risk yaradır. Menopauzadan sonra artıq çəki almaq döş xərçəngi riskini daha da artırır. Çünki bu dövrdə qadınlarda döş xərçəngi riskini artıran estrogen hormonunun əsas qaynağını yağ yaradır.

4. Ən az 5 boşqab meyvə-tərəvəz yeyin

Yağ tərkibi yüksək olan qidalar uzun müddət yeyildikdə döş xərçəngi risk faktoru olan estrogen hormonunun səviyyəsi yüksəlir. Bunun nəticəsində də xərçəngə tutulma riski artırı. Ona görə də alınan total enerjinin yalnız 20-25 faizi yağdan gəlməlidir. Risk faktorundan uzaqsınızsa, bu nisbət 30-a qalxa bilər. Gündə 5-6 boşqab meyvə-tərəvəz yemək çox əhəmiyyətlidir. Bunun səbəbi isə tərəvəz və meyvələrin ehtiva etdikləri antioksidantlar sayəsində döş xərçəngi riskinin azalmasıdır. Həftədə 5 dəfə qırmızı ət yeməyin döş xərçəngi riskini artırdığını aşkar edən tədqiqatlar da mövcuddur. Bu səbəbdən də döş xərçəngindən qorunmaq üçün qırmızı ət yeməyin həddini aşmayın.

5. Həftədə 150 ​​dəqiqə məşq edin

Aparılan araşdırmalar hər gün aktiv idman etmənin döş xərçəngi riskini azaltdığını ortaya qoyub. Mütəxəssislər döş sağlamlığı üçün həftədə 150 ​​dəqiqə piyada yerimək və pilates kimi aerobik məşqlər, eləcə də 75 dəqiqə ağır idman və həftədə 2 dəfə ürək aktivləşdirici hərəkətlər etməyi təklif edirlər. Oturaq həyat tərzi xərçəngin yaranması üçün risk faktorudur".

6. Uzun illər doğuş həbi istifadə etmək

Bəzi araşdırmalar doğuş həblərini 10 ildən çox istifadə edən qadınlarda, heç vaxt istifadə etməyənlərə nisbətən döş xərçəngi riskinin az da olsa, artdıq olduğunu aşkarlayıb. İstifadəni dayandırdıqda 10 il sonra risk ortadan qalxa bilər. Bu səbəbdən doğuş həbi istifadə etməzdən əvvəl digər risk faktorlarını qiymətləndirmək üçün həkimə müraciət edin.

7. Menopauza dövründə hormondan qaçın

10 il əvvələ qədər menopauza ilə bağlı tərləmə kimi şikayətlər və osteoporozun qarşısını almaq üçün estrogen ilə progesteron ehtiva edən hormon müalicələri tez-tez tətbiq edilirdi. Lakin araşdırmalar göstərdi ki, kombinə edilmiş hormon müalicəsinin (estrogen + progesteron) menopauzadan sonrakı dövrdə 3-5 ildən uzun müddət istifadəsi döş xərçəngi riskini artırır. Buna görə də hormon müalicəsi tibbin tələb etdiyi xaricində təklif edilmir. Tək estrogen istifadəsi isə döş xərçəngi riskini artırmır.

8. Siqaret çəkməyin, alkoqol içməyin

Spirt istifadəsi artdıqca döş xərçənginin inkişaf riski də artır. Bunun səbəbi isə spirtin qidalardan aldığımız və döş xərçənginin qarşısını almaqda təsiri olan folat maddəsinin qandakı miqdarını azaltmasıdır. Araşdırmalar hər gün nizamlı olaraq 3 qədəh və daha çox spirtli içki qəbul edən qadınlarda süd vəzi xərçəngi riskinin içməyənlərə nisbətən 40 faiz çox olduğunu sübut edib. Spirt qəbulunu gündə bir qədəhlə məhdudlaşdırmaq çox əhəmiyyətlidir. Tədqiqatlar siqaret ilə döş xərçəngi arasında da bir əlaqə olduğunu göstərir. Bu risk menopauzadan əvvəli dövrdə daha çox diqqətə çarpır.

9. Təsadüfi vitamin qəbulu

Vitamin D səviyyəsi aşağı olan insanlarda bunun bərpası həm döş, həm sümük sağlamlığı baxımından faydalıdır. Ancaq həkim məsləhət görmədiyi təqdirdə, dost-tanış tövsiyəsi ilə vitamin dəstəyi almayın. Əks təqdirdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Hər hansı bir vitamin qəbul etməzdən əvvəl həkimlə mütləq məsləhətləşin.

10. Ailənizdə xərçəng olub-olmamasını öyrənin

Ana, ata və qardaşlarla yanaşı, xala, əmi və onların uşaqlarında döş, yumurtalıq, uşaqlıq, qalın bağırsaq xərçəngi olub-olmamasını öyrənin. Bu, ailənizdən gələn genetik risk faktorlarının müəyyən edilməsində böyük əhəmiyyət daşıyır. Risk qrupunda olub-olmadığınızı öyrənmək üçün risk profilinizin təyin olunması vacibdir.

11. Daim mamoqrafiya etdirin

Döş xərçəngindən qorunmaq üçün görüləcək tədbirlər çox əhəmiyyətli olsa da, risk davam edir. Bu səbəbdən də 40 yaşından etibarən daim mamoqrafiya etdirməyə və həkimə müraciət etməyə laqeyd yanaşmayın. Döşlərinizdə forma dəyişikliyi, bütün döş və ya döş uclarında hər hansı dəyişiklik, qanlı axıntı kimi hallar görsəniz, mütləq həkimə müraciət edin. Unutmayın ki, döş xərçəngində erkən diaqnoz sayəsində ölümün qarşısını almaq mümkündür.
Aile.lent.az

Xəbərlər     Baxılıb: 1744   Tarix: 14 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

turlar.az

qadın geyimi gözəllik məhsulları makiyaj instagram seksi geyim uzum sirkesinin hazırlanması qaydasi seks pozalari bilinçik resepti kosmetika baldiz cinsi əlaqə laylalar xlor lekesi oxu az