Xərçəngin və bütün xəstəliklərin səbəbi içməli suyun xlorlaşdırılmasıdır

Xərçəngin və bütün xəstəliklərin səbəbi içməli suyun xlorlaşdırılmasıdırHər kəs xərçəng, şiş, müxtəlif psixoloji, nevroloji xəstəliklərin bu qədər kütləvi olmasının səbəbi ilə maraqlanır. Necə olur ki, sağlam qidalanan da, zərərli qidalanan da, yaşlı, uşaq, gənc birdən xəstələnir?
Milli.Az medicina.az-a istinadən bildirir ki, Amerikanın məşhur ailə həkimi, yazıçı psixoloqu Con Qrey bunun səbəbini təkcə fərdlərdə yox, ümumi bir mənbədə axtarmağı tövsiyyə edir. O, dövlətləri və rəhbərləri içməli su məsələsinə yenidən baxmağa çağırır.
Belə ki, Con Qrey bütün dünyada şəhərləri təmin edən içməli su mənbələrində suyun xlorlaşdırılıb, sonradan şəbəkəyə verilməsinə diqqət çəkib.
Belə ki, ilk dəfə 1850-ci ildə İngiltərədə bir çox xəstəliklərin yayılmasının qarşısını almaq, içməli su ilə yoluxmaları azaltmaq üçün guya insanların sağlığının qeydinə qalmaq məqsədilə suyun xlorlaşdırılması aparılıb. 1950-ci ildən kimi artıq bütün inkişaf etmiş ölkələrdə su təminatı şəbəkələri qazabənzər xlordan suyun zərərsizləşdirilməsi üçün istifadə edir.
Xlor bir çox mikrob virus, patogen mikroorqanizmlərin öldürülməsi üçün effektiv maddədir. Amma eyni zamanda suyun tərkibi ilə insan orqanizminə düşərək, onun sistemlərini pozur, qanın keyfiyyətini dəyişir.
Su şəbəkəsində xlor ürək xəstəlikləri, damar tutulması, qalxanvari vəz problemlərinə səbəb olur.
Xlor orqanizmdə yodu azaldır, yod olmadıqda isə qalxanvari vəz, böyrəküstü vəz tormozlanır, qaraciyər düzgün işləmir, beyin kütləşir. Burdan da sıra ilə digər xəstəliklər başlayır.
Xlorlu su içən insanlarda düşünmə qabiliyyəti kəskin azalır, daim yuxulu olurlar. Orqanizm daim stress vəziyyətində işləyir. Qaraciyər və böyrəklər ekstren güclənmiş rejimdə çalışır və sonda immunitet çökür. İmmunitet düşən kimi şiş hüceyrələri aktivləşir.
Uşaqlarda, insanlarda olan allergiyanın əsas səbəbi də elə xlordur. Bunu analizlə asanlıqla təyin etmək olar. Amma həkim xəstəyə sən ki, xlor qəbul etmirsən deyə soruşacaq. İçdiyi su isə ağlına gəlməyəcək.
Qadınlar və kişilər arasında qalxanvari vəz kistləri, şişləri, hormonal disfunksiyanın səbəbi də xlorlaşmış sudur. İnsanlar yodsuz yaşayır və olan-qalan yodu da içdikləri su yuyub aparır.
Eyni vəziyyət insan hovuzda xlorlu suda çox qalanda, o suyu udanda və orda nəfəs alanda da baş verir. Bütün hofuzlar təhlükəsizlik məqsədilə güclü dozada xlorlanır. Siz üzmə hovuzuna yaxınlaşanda artıq o xlor qoxusunu hiss edirsiz. Burunla xlor havadan, sudan nəfəs yollarınıza çökür.
Nəyə görə dövlətlər daha təhlükəsiz metod tapmır?
Alimlər, iqtisadçılar, ekoloqlar, dövlət rəhbərləri bu illər ərzində bu təhlükəni görməli idilər. Hələ də xloru əvəz edəcək daha neytral su təmizləmə metodu tətbiq olunmur.
Qeyd edək ki, bütün su mənbələri şəhər və qəsəbələrə paylanmadan öncə xlorlaşdırılır. Təkcə krandan gələn su yox, marketlərdə satılan içməli sular da xlorlaşdırılıb.
Bununla istehsalçılar suyu guya daha da təmizlədiklərini düşünür.
Yeganə yol daha yaxşı su tapmaq, suyu xlordan təmizləmək və xlorun yuyub apardığı yodu hansı yolla olsun orqanizmə qaytarmaq, əlavə yod qəbul etməkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1910   Tarix: 08 yanvar 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

geymler 2026 gozel gorunmek toy makiyaji sekilleri uz derisine qulluq maskalari hamilə qalmaq elm haqqında aforizmlər hicablı xanımlar kosmetika oglan evi yemekler novruza aid hakista sanamalar bayraq