Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq və

Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq vəÖlkəmizdə son günlər uşaqlar arasında virus yayılıb. Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq və iştahasızlıq kimi əlamətlər müşahidə olunur.
Milli.Az xəbər verir ki, həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, yayılan virus adi qripdir, "influenza" virusunun A və ya B ştamıdır. Sosial şəbəkələrdə onu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsalar da, həmin virus tibb elminə neçə illərdi ki, məlumdur: "Bu virus bağçaya, məktəbə gedən, kollektivə çıxan uşaqlarda daha sürətlə və daha tez yayılır. Eyni zamanda, "influenza" qripinin yoluxuculuğu 1 faiz olduğu üçün uşaqlar arasında daha çox yayılma xüsusiyyəti var. "İnfluenza", başqa sözlə qrip virusu bəzən uşaqlar arasında yüksək qızdırma, bəzən beş gündən, bir həftədən çox davam edən, aşırı halsızlıq, yorğunluq və ciddi öskürəklə müşahidə olunur. Bəzən öskürək halları 15-20 günə qədər davam edə bilər və həmin əlamətlər valideynlərin daha çox narahatlığına səbəb olur".
Bəzən uşaqlar həm yeni növ koronovirusu (COVID-19), həm də qripi paralel şəkildə keçirirlər. Həkim-pediatr deyib ki, bundan qorunmaq üçün rotavirus əleyhinə peyvəndlər körpələrin 2-4 və ya 3-5 aylarında vurulmalıdır: "Bu virus qış mövsümündə daha çox yayıldığına görə poliklinikalarda altı ayından etibarən uşaqların infeksiyaya qarşı peyvəndlənməsi aparılır. Həmin peyvənddən sonra uşaqlar bu infeksiyaya ya yoluxmur, ya da yoluxsa, xəstəliyi çox yüngül keçirirlər. Çox vaxt valideynlər uşağın COVID-19-za yoluxub-yoluxmadığı barədə soruşurlar. Nadir hallarda uşaq həm qripi, həm də COVID-i paralel keçirə bilər".
Valideynlər çox vaxt övladlarını vaxtında xəstəxanaya aparmır və uşağın vəziyyətini ev şəraitində daha da ağırlaşdırırlar. Xəstəliyin əlamətləri müşahidə edildiyi zaman mütləq şəkildə həkimə müraciət olunmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1526   Tarix: 07 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda