Xəstəxanaya ağır vəziyyətdə çatdırılan əməkdar artistimiz: "Həkimlər dəqiq söz demir... "
Əməkdar artist Hicran Nəsirova xəstəxanaya yerləşdirilib.
Xanim.az yeniçağ.az-a istinadən xəbərinə görə, ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırılan aktrisa hələ də özünə gələ bilmədiyini deyib:
"Dünən səhər yuxudan duranda gördüm ki, hər şey gözümün qabağında uçur. Qışqırdım, səsimə qızım gəldi. Necə qorxdusa, tez qonşuda yaşayan həkimi çağırdı. Həkim mənə baxan kimi dedi ki, təcili yardım maşını çağırın, vəziyyəti pisdir. Qızım deyir, gözlərin bərəlmişdi, özümdə deyildim. Ağır vəziyyətdə məni reanimasiyaya yerləşdirdilər. Təzyiqimi sala bilmirdilər. Heç vaxt məndə "şəkər" xəstəliyi olmamışdı, həmin gün yoxladılar ki, "şəkərim" də yüksəkdir.
Hazırda iki saatdan bir mənə iynə vururlar, bilmirəm, aqibətim necə olacaq. "Vicdan haqqı" serialının çəkilişləri zamanı çox yoruldum. Əsəblərim getdi. Hər şey üst-üstə yığıldı və məni xəstəxanalıq etdi".
H.Nəsirova xəstəxanadan evə nə vaxt buraxılacağını da bilmir:
"Reanimasiyadan palataya köçürüblər. Həkimlər dəqiq söz demir, hələ ki, məni ayağa qaldırmaqla məşğuldurlar. Yaxşı ki, serialın bir çox bölümü çəkilib, yoxsa işimiz yarımçıq qalardı".
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir