Xəyanət bir seçimdir və sözlə deyil, əməllə ölçülür' - Minadan iddialı açıqlama

Xəyanət bir seçimdir və sözlə deyil, əməllə ölçülür' - Minadan iddialı açıqlama"Özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Xəyanət bir seçimdir və sözlə deyil, əməllə ölçülür".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn deyib.
Mina uğursuz olan ilk evliliyindən və xəyanətdən danışıb:
"Bilmirəm, çox xanım necə düşünür amma mənə görə, şəxsi həyat özü də bir sənətdir. Qismətim necə olacaq gələn il, hələ bilmirəm. Amma nə yalan deyim, özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Münasibətlərdə səmimiyyət, hörmət və dəstək mənim üçün daha əsasdır. Bilirsiniz ki, ilk evliliyim uğursuz olub. Gələn il ərə gedəcəmmi? Bilmirəm. Evlilik barədə isə deyə bilərəm ki, ikinci dəfə həyat yoldaşı seçmək çətindir. Kifayət qədər ağıllı seçim olmalıdır. Burada ürək və ağlın balansı düzgün olmalıdır.
Tam səmimi deyəcəm. Xəyanət sözlə deyil, əməllə ölçülür. Xəyanət, bir seçimdir. Əgər bir insan öz seçimlərinə görə davranıbsa, bu, sırf qadının səbri ilə ölçülə bilməz. Bağışlamaq da mümkündür, niyə də yox? Ola bilər. Amma bu şərtlərlə ki, hər iki tərəf arasında səmimi peşmançılıq və düzgün dialoq olsun. Məncə, xəyanət etibarın sındırılmasıdır və hər kəsin buna reaksiyası fərqli ola bilər". 
Mina illərlə sənət yolunda ona qarşı olunan haqsızlıqlardan da söz açıb:
"Əgər şou-biznes qaydalarını mən yazası olsaydım, mütləq ki, sənətin dürüstlüyü ön planda olardı. Əsasən, mahiyyət, səs - küy, keyfiyyət. 
Yeni aktyor və müğənnilərə yol açmaq lazımdır. Çatışmazlıqlar da var. Peşəkar etika və dəstək mədəniyyəti haqsız rəqabətdən daha vacibdir. Düzgün olmayan isə tez-tez gündəmdə qalmaq üçün səviyyədən aşağı üsulların işlədilməsi, həm də qadın sənətçilərin daha sərt tənqid olunmasıdır. Bu, ikrah doğurur.
Etiraf edim ki, zaman-zaman məni də incidən şeylər olub. Həmişə bir ifaçı olaraq, məni incidən, haqsız şərhlər, təhqirlər almışam. Sözsüz ki, bu kimi xoşagəlməz hallar hər bir sənətçinin yaradıcılığını çətinləşdirir. Amma yalan deməyəcəm. Mina Hüseyn möhkəm qızdır. Mənə qarşı duran hər maneə, əksinə, mənə daha güclü olmaq üçün səbəb verdi bu illər ərzində". 
Aysel

Şou Biznes     Baxılıb: 1041   Tarix: 22 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

turlar.az

geyim seçimi geyim necə seçməli hamilelikde qidalanma kəpək usaq otagi dizaynlari zeytunun hazirlanmasi 2026 geyimi kosmetika bahar hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz turpun nağlı sirniyatlar rus dilini öyrənək