XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTO

XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOBu dəfə səfərim Avropanın ən təhlükəsiz paytaxtları siyahısında ön sıralarda dayanan Lyublyanayadır. Müharibə və böhranların dünyanı ağuşuna almağa hazırlaşdığı bir vaxtda bu sakit və səssiz şəhərə planlaşdırılmayan səyahət olduqca həyəcanverici idi. Əvvəlcədən Sloveniyanı araşdırmağa vaxtım olmadığından gördüklərim mənim üçün böyük bir sürpriz oldu. Şəhərdə hamı dostcanlıdır və bu, məndə belə bir təəssürat yaratdı ki, slovenlər qarışqanı da incitməyə qadir deyillər. Lyublyana məşhurluğuna görə qonşuları - Paris və Vyanadan geri qalsa da, təmizliyi nəinki Avropa, hətta dünyanın bir çox paytaxtlarını geridə qoya bilər. Təmizlik xəstəsi olan mənə bu, kifayət edirdi ki, balaca şəhərə bir könüldən min könülə vurulum. Atdığım hər addım şəhərə verdiyim xalların sayını artırırdı! Küləksiz, toz-torpaqsız... Sloveniya bütün il boyu ziyarət edilə bilən bir ölkədir. Amma deməliyəm ki, əgər yolunuz qış aylarında düşübsə, soyuğu iliklərinizə qədər hiss etməyə hazır olun və ya altdan-üstdən yaxşı-yaxşı qıfıllanın. Daha yaxşısı odur ki, səfəri mümkün qədər yaya salın. Birincisi, yay təbiətdən daha çox zövq almağa imkan verəcək, ikincisi, hər yeri gəzib görməyə daha çox enerjiniz olacaq. Ən yüksək turizm mövsümü iyun-avqust aylarıdır. Gəzinti, təbiəti və ölkənin görməli yerlərini kəşf etmək üçün əla vaxtdır.
Sloveniya həm də o ölkələrdəndir ki, gözəl mənzərələr axtarışına çıxmağa ehtiyac duymursunuz. Orada siz dünyaca məşhur attraksionlar tapa bilməyəcək və bütün diqqətinizi rahat gəzintilərə və şəhərlə tanış olmağa cəmləyəcəksiniz. Hündürmərtəbəli binaları olmayan Lyublyana sizi öz qədimliyi ilə tarixin və təbiətin heç vaxt köhnəlməyən gözəlliyinə bürəyəcək. Əziz oxucu, bu gözəlliyi mənim qələmimdən görməyi təklif edirəm.
XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOPublika.az Sloveniya haqqında reportajı təqdim edir:
Mərkəzi Avropada - İtaliya, Avstriya, Macarıstan və Xorvatiya arasında yerləşir. Sloveniya möhtəşəm Adriatik sahili (47 km), hündürlüyü 2500 m-dən çox olan qarlı Alp dağları, meşəlik təpələri və münbit düzənlikləri ilə öyünməyə layiqdir. Adriatik dənizinin sahilində, Qərbi Avropa ilə Balkan yarımadasının sərhəddində yerləşən ölkə müxtəlifliyi və mədəniyyət zənginliyi ilə turistləri özünə heyran qoyur. Ancaq onun əsas cazibəsi, əlbəttə ki, heyrətamiz mənzərləri və bakirə təbiətidir. Bütün bunlar Sloveniyanı yürüyüş və ekstremal idmanı sevənlər üçün əsl cənnətə çevirir. Sloveniya öz sərvətindən məharətlə istifadə edir, turistlərin istirahəti və idmanla məşğul olması üçün ideal şərait yaradır. Ölkə ərazisinin demək olar ki, yarısı meşələrlə, qalan ərazisinin böyük hissəsi isə otlaqlar, əkinlər, meyvə bağları və üzüm bağları ilə əhatə olunub. 
XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOSloveniyanın paytaxtı Lyublyana tam mərkəzdə yerləşir və buradan ölkənin istənilən nöqtəsinə 2 saatdan az vaxta çatmaq olar. Əgər avtomobiliniz yoxdursa, hər zaman çox səmərəli ictimai nəqliyyata arxalana bilərsiniz. Buradan şimal-qərbdəki dağlara və göllərə, sonra isə cənub-qərbdəki möhtəşəm Venesiya dənizkənarı şəhərlərinə səyahət etmək imkanlarınız da əlverişlidir. Lyublyananı digər paytaxtlardan fərqləndirən digər bir məqam odur ki, həm balaca şəhərdir, həm də brend mağazalar yox dərəcəsindir. Lüks geyim brendlərini Lyubliyanada bahalı kafe və restoranlar əvəz edir. Düzünə qalsa, slovenlər dəbdəbə ilə öyünməyi xoşlamır, market məhsullarına deyil, təbii kənd məhsullarına üstünlük verirlər. 
18-ci və 19-cu əsrlər ətrafında Lyublyanada böyük bir zəlzələ baş vermiş və bütün binalar dağılmışdı. Həmin tarixlərdə bütün binalar təkrarən tikilib. Buna görə şəhərin mərkəzindəki bütün binalar eyni dövrün arxitekturasını əks etdirir. Köhnə şəhər qədim və orta əsrlərə aid tikililər, 17-18-ci əsrlərə aid gözəl barokko tikililər kompleksidir. 
Avropanın bir çox şəhərlərində olduğu kimi, bu şəhərdə də velosiped kultdur. Velosipedçilər üçün ayrı-ayrı yollar var və onlar bir çox üstünlüklərə malikdirlər. Velosiped sürənlər çoxdur. Həftəsonuna yaxın isə yollar damda və baqajda velosiped olan avtomobillərlə dolur. Lyublyanalılar onlarla birlikdə şəhərdən kənara gedirlər. İctimai nəqliyyat isə sadəcə avtobuslardan ibarətdir. Lyublyana tarixi özəyini və orta əsrlər şəhərinin planını qoruyub saxlamağa müvəffəq olub. Köhnə məhəllələrdə avtomobil nəqliyyatına icazə verilmir, buna görə də burada turistlər piyada, velosipedlərdə və ya rəngli avtomobil parovozunun vaqonlarında hərəkət edirlər.
Lyublyana bir qədər alman şəhərlərini xatırladır. Bu hiss hər şeydə və hər yerdə qurulmuş mükəmməl nizamdan qaynaqlanır. Mükəmməl təmizlik, mükəmməl yollar və işarələr. Şəhər nəqliyyatı ciddi şəkildə qrafikə uyğun hərəkət edir. Və hamı yol qaydalarına əməl edir! 
Lyublyaniça çayı şəhərin içindən keçir. Bu da o. 
XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOŞəhərdə çoxlu müxtəlif fəvvarələr var. Yeri gəlmişkən, Lyublyanada kran suyu içməlidir. 
Şəhərin ən yüksək nöqtələrindən biri Lyublyana - Qrad qalasıdır. Bu köhnə şəhərin üstündəki yüksək təpədə yerləşən bir qaladır. Qaladan Lyublyana şəhərinin gözəl mənzərələri açılır. Demək olar ki, buradan bütün Lyublyananı seyr edə bilərsiniz. Qala divarlarına piyada və ya dəmir yolu funikulyoru ilə qalxa bilərsiniz. Açıq havada Sloveniya ilə Avstriyanı ayıran və Lyublyanadan şərqdə düzənliyə çevrilən Triqlav dağı ilə Julian Alpları, Karavanke silsiləsi aydın görünür.
XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOQalada şəhərin tarixinə həsr olunmuş ekspozisiyalardan ibarət maraqlı muzey açılıb. Qalanın ərazisində vaxtaşırı rəsm sərgiləri təşkil olunur. Qalanın ərazisində kafe var, tez-tez yarmarkalar və teatr tamaşaları keçirilir. Qrad qalasının altında dar küçələrlə birləşən kiçik meydanlar var. Lyublyananın bu hissəsinin əsasını bərpa edilmiş barokko binaların yaratdığı Qornaya (Yuxarı), Köhnə və Şəhər Meydanları təşkil edir. Bəzi evlərin tarixi orta əsrlərə gedib çıxır. Onları damların silsilələri ilə tanımaq olar. Qədim divarlarda zərif mağazalar və dəbli butiklər, kafe və restoranlar yerləşir. 
Şəhərdə hündür binalar yoxdur. Ümumiyyətlə, məndə belə bir təəssürat yarandı ki, slovenlər təcrid olunmuş vəziyyətdə, fərdi evlərdə yaşamağa üstünlük verirlər. Və tez-tez belə evləri bir meşənin ortasında və ya bir növ kənarda tək başına tapmaq olar. Müasir böyük evlər. Meşənin ortasında belə bir evdə kim yaşamaq istəməz ki?!
Lyublyanada həm də belə anlaşılmaz heykəllər var. Onları təkcə Lyublyanada deyil, Bled gölündə və Sloveniyanın digər şəhərlərində oxşarlarını görmək olar. Görünür, bu hansısa yerli bir heykəltəraşın əl işləridir. 
XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOXIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOValyuta və pul
Sloveniyanın pul vahidi avrodur. Bir çox mağaza və restoran kredit kartlarını qəbul edir. İki nəfərlik otel otağında 60-70 avroya qalmaq olar. Qiymətlər mövsümdən, otelin ulduz reytinqindən və yerləşdiyi yerdən asılı olaraq çox dəyişir. Restoran və kafedə şam yeməyi və ya nahar 20-30 avroya başa gələcək. 
Qastronomiya 
Sloveniya mətbəxi Avstriya, Macarıstan və İtaliya mətbəxinin bir növ sintezidir. Menyuda Avstriya şnitzeli və strudeli, italyan makaronunu, rizotto və pizzasını, həmçinin macar qulyaşını tapa bilərsiniz. Yerli xörəklər arasında müxtəlif içlikli köftələr, qurudulmuş donuz əti, kartof köftəsi, lobya şorbası, italyan polentası, sarımsaqlı qabırğalar, ənənəvi Sloveniya poticası ilə fərqlənir. Bütövlükdə sloven mətbəxi ürəkaçandır. Rasiona yumurtalı əriştə ilə mal əti və toyuq şorbası, mal əti, donuz əti, toyuq və hinduşka əti də daxildir, dəniz məhsulları sahildə geniş yayılıb. Sahil boyu menyuda daha çox balıq və dəniz məhsulları yer alır, ən yaxşı alabalıq isə göl və ya çay sahillərində yerləşən restoranlarda verilir. Yeri gəlmişkən, italyanlar çox vaxt Sloveniyaya nahar və ya şam yeməyi üçün gedirlər ki, bu da Sloveniya restoranlarının yüksək keyfiyyətindən xəbər verir.
Spirtli içkilər arasında pivə və şərab üstünlük təşkil edir. Yerli pivələrdən ən çox yayılanı "Laško" və "Union" pivələridir. Beynəlxalq fast-food şəbəkələri böyük şəhərlərdə və turizm istiqamətlərində fəaliyyət göstərir. Ərəb və türk kafeləri isə istənilən qədərdir.  
Bled gölü
Göl müalicəvi kurort kimi 19-cu əsrin ortalarından bəri mövcuddur, lakin qonşu ölkələrdən kənarda turistlər arasında Sloveniyanın təbliğatının olmaması səbəbindən yalnız indi populyarlaşır. Bled gölü Alp dağlarının ətəklərindəki ən gözəl göldür. Gözəl təbiət mənzərələri, memarlıq abidələri və yayda üzə biləcəyiniz ən təmiz su. Bled gölü Sloveniyanın ən məşhur kurortudur. Gölün mərkəzindəki adada 13-cü əsrə aid Bled qalası yerləşir. Adanın əsas və yeganə cazibəsi 17-ci əsrin Barokko dövrünə aid Asspirasiya kilsəsidir. Bir təpədə yerləşir və soyuq havada pilləkənlərlə qalxmaq asan deyildi. Rəvayətə görə, bir arzu tutub üç dəfə zəngi çalsanız, o, gerçəkləşəcək. 
XIX əsrə səyahət, möhtəşəm bal ayı, gözəlliyi ilə heyran edən Lyublyana - REPORTAJ - FOTOHazırda turizm Sloveniya iqtisadiyyatında mühüm rol oynayır. Son illərdə bu sənaye durmadan inkişaf edir. Hotellərin restrukturizasiyasına, kurortların inkişafına, yeni yolların tikintisinə böyük investisiyalar qoyulur. Bal ayı səyahətləri və gecə kirşə gəzintisi kimi maraqlı təkliflər var. 
Sloveniyaya həqiqətən ilk görüşdən aşiq olunası ölkədir! Sülh və əmina-amanlıq içində həyat yaşamaq istəyənlər üçün idealdır. İnsanın rahatlığı üçün həyatın hər üzü xırdalıqlarına qədər düşünülüb, bir sözlə, komfort, vərdiş etdiyimiz stress uzaq bir həyat... Stressiz həyat kiməsə bir qədər sıxıcı görünə bilər, lakin gördüyüm o oldu ki, slovenlər sağlam həyat tərzi sürən sakit ruhlu insanlardır. 

Maraqlı     Baxılıb: 1293   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gözəllik məhsulları makiyaj etmek qaydalari sac duzumleri dunyanin gozellikleri nişanlılıq cins salvarlar facebook qiymenin hazirlanmasi hakisda janrlar novruz bayramına aid hakışda şəkərbura azərbaycan