Xolesterinin səviyyəsini aşağı salan əlavələr BUNLARDIR
Ekspertlər "pis" xolesterinin səviyyəsini aşağı salan qida əlavələrinin adlarını açıqlayıblar.
Milli.Az xəbər verir ki, mütəxəssislər birinci qida əlavəsi kimi maqneziumu açıqlayıblar. Qeyd edilir ki, onun gündəlik qəbulu yalnız "pis"in səviyyəsini aşağı salmır, həm də "yaxşı" xolesterinin orqanizmdəki səviyyəsini artırır. Bundan başqa, həmin maddə əhəmiyyətli mineraldır, hansı ki, qan təzyiqinin nizama salınması və qanda şəkərin səviyyəsi üçün lazımdır.
İkinci əlavə yaşıl çay cövhəridir. O, xüsusi halda ürək xəstəliklərinin inkişafı riskini azaltmağa kömək edir. Yaşıl çay həmçinin antioksidant, antibakterial, virus və xərçəng əleyhinə xüsusiyyətləri olan polifenollarla da zəngindir.
"Pis" xolesterinin səviyyəsini artıran amillərə yüksək tərkibli trans-yağlarla qidalanma, artıq çəki, hipodinamiya və papiros çəkmə də aiddir.
"Pis" xolesterinin səviyyəsini aşağı salan amillərə bədən tərbiyəsi, idman və ümumiyyətlə müntəzəm fiziki fəallıq, papiros çəkmədən və alkoqollu içkilərin istifadəsindən imtina, az doymuş heyvan piyinə və karbohidratlara malik yeməklər aiddir. (ölkə.az)
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Deniz Akkaya saxlanıldı
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Elgiz Əkbərin anası vəfat etdi
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar