Xoruldayan insanların NƏZƏRİNƏ: Yuxuda nəfəsiniz dayana bilər

Xoruldayan insanların NƏZƏRİNƏ: Yuxuda nəfəsiniz dayana bilərXoruldama yuxu zamanı tənəffüs yollarının müəyyən hissələrinin daralması və bəzən tamamilə bağlanması nəticəsində yaranan səsdir. Dərin yuxuya getdiyimiz zaman bədənin əzələləri rahatlayır və bu, tənəffüs yollarında da müəyyən daralmalara səbəb olur. Bu daralmalar nəticəsində hava tıxanır və nəfəs alarkən boğazda və ağızda vibrasiyalar yaranır, bu da xoruldama səslərinə səbəb olur. Xoruldamanın yaranma səbəbləri müxtəlif ola bilər. Bəzi hallarda yuxu pozuntuları və ya kilolu olmaq, tənəffüs yollarının daralmasına səbəb ola bilər. Digər hallarda burun tıxanıqlığı, allergiyalar və ya hətta genetik faktorlar da xoruldamanın yaranmasına təkan verir.
Xoruldama yalnız narahatlıq yaratmaqla qalmır, həm də yuxu keyfiyyətini azaldır və səhərlər yorğunluğa səbəb ola bilər.
Xoruldamanı necə azaltmaq olar?
Milli.Az xəbər verir ki, tənəffüs yollarını düzgün nəmləndirmək, selikli qişaların düzgün nəmləndirilməsi, tənəffüs yollarının daralmasını və bunun nəticəsində xoruldama səviyyəsinin azalmasını təmin edə bilər. Quru havada yaşamaq xoruldamanı pisləşdirə bilər, buna görə də nəmləndirici cihazlardan istifadə etmək faydalı ola bilər. Yastıq seçimi və yuxu pozası başınızı yüksək tutan bir yastıq seçmək, tənəffüs yollarının açıq qalmasına kömək edə bilər. Eyni zamanda mədənin üzərinə uzanmaq yerinə yan tərəfdən yatmaq da xoruldamanı azalda bilər.
Bu, dilin arxa hissəsinin tənəffüs yollarını bağlamasını önləyir. Fiziki aktivlik müntəzəm idman və fiziki fəaliyyət, tənəffüs yollarının açılmasına kömək edərək xoruldamanın qarşısını ala bilər. Eyni zamanda kilonu idarə etmək də əhəmiyyətlidir, çünki artıq çəki tənəffüs yollarını sıxışdıraraq xoruldamanın artmasına səbəb ola bilər. Allergiya və burun tıxanıqlığının müalicəsi burun tıxanıqlığı və allergiyalar da xoruldamanı artıran səbəblərdən biridir. Burun spreyləri və ya allergiya dərmanları bu problemi azaldaraq, nəfəs almanı asanlaşdırır və xoruldamanın qarşısını alır. Alkoqol və yatmazdan əvvəl yeyilən qidalar yatmazdan əvvəl ağır qidalar yemək və alkoqol qəbul etmək tənəffüs yollarını zəiflədə və xoruldamanın artmasına səbəb ola bilər. Alkoqol əzələlərin rahatlamasına səbəb olaraq, tənəffüs yollarının daralmasına yol açır. Buna görə də yatmadan ən azı 2-3 saat əvvəl ağır yeməklərdən və alkoqoldan çəkinmək lazımdır. Xoruldama bəzən ciddi yuxu pozuntularının və ya tənəffüs problemlərinin əlaməti ola bilər. Əgər xoruldama uzun müddət davam edərsə və yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə azaldarsa, bir həkimlə məsləhətləşmək məsləhət görülür. Bəzi hallarda apnea (yuxuda nəfəs dayanması) kimi ciddi vəziyyətlər meydana çıxa bilər ki, bu da müalicə tələb edir. Xoruldamanı azaltmaq üçün həyat tərzində edilən kiçik dəyişikliklər həm tənəffüs sisteminizin, həm də ümumi sağlamlığınızın yaxşılaşmasına kömək edə bilər.
Aysel Əkbər
Milli.Az 

Xəbərlər     Baxılıb: 1314   Tarix: 09 aprel 2025
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim seçimi yay kolleksiyasi reseptler sidik ifrazı sistemi 1 yaşına qədər körpələrə qulluq qanda viruslar magura geyim kosmetika damla haxisda novruz bayramina aid novruz prostat