Xoşbəxt uşaq böyütmək istəyirsinizsə... – 10 QIZIL QAYDA

Xoşbəxt uşaq böyütmək istəyirsinizsə... – 10 QIZIL QAYDABütün valideynlər övladlarının xoşbəxt olmasını istəyir və bunun üçün çalışırlar.
Lakin çox zaman uşaqlarını xoşbəxt etmək üsulunu düzgün tətbiq edə bilmirlər. Türkiyəli pxisoloq-uzman Qamze Eser uşağı xoşbəxt böyütməyin qaydaları haqqında maraqlı araşdırma aparıb. Türkiyəli mütəxəssisin 10 qızıl qaydasını sizə təqdim edirik.
Tutarlı olun
Tutarlılıq hər kəsin özü üçün istədiyi, amma çox vaxt qarşısındakına tətbiq etmədiyi bir anlayışdır. Uşaqların böyüdülməsi və tərbiyə edilməsində əhəmiyyətli davranış formalarından biri də budur. Düzgün rol modeli ola bilmək üçün sözlərimizlə davranışlarımız bir-biri ilə üst-üstə düşməlidir. Hər zaman paylaşmanın vacib olduğu haqqında danışan bir atanın, təcili olaraq ehtiyacı olan dostuna avtomobilini verməməsi tutarsızlığın ən sadə nümunəsidir.
Sevginizin düzgün nümayişi
Şübhəsiz hər ana-ata uşağını çox sevir. Əhəmiyyətli olan bunu doğru şəkildə göstərmək və sevginin şərtsiz olduğunu öyrətməkdir. Şərtlər və istəklər üzərində qurulmuş sevgi əlaqələri, həm qarşılıqlı güvəni şübhə altına alır, həm də dəyərsizlik hissi yaşadır. Hər bir insan şərtsiz sevildiyi zaman xoşbəxtdir və şərtsiz sevməyi öyrəndiyi zaman hüzurludur.
Rəqabəti deyil, əməkdaşlığı öyrədin
Hər kəs rəqabət mühitində yaşaya bilmək iqtidarında deyil. Sözsüz ki, bu hər kəsə eyni təsir göstərmir. Lakin bu, əməkdaşlıq duyğusu, inteqrasiya, təlimçi və içində hörmət saxlayan bir duyğudur. Komanda idman növləri, qrup işləri, birlikdə oyun oynamaq, məktəb layihələri kimi fəaliyyətlərdə birləşdirici və tamamlayıcı yanaşmada olmağa üstünlük verin.
Edə biləcəyi işləri əlindən almayın
Uşaqlar hansı yaşda olursa-olsun işə yaradığını hiss etmək istəyir və bu duyğu onların var olma motivlərini gücləndirir. Nərdivanla çıxmaq, masa hazırlamaq, qapını açmaq və bunun kimi hər yaşa uyğun bəzi fiziki hərəkətləri reallaşdırmasına icazə vermək uşağınızın özünə inamını möhkəmləndirir və bacara bilmək duyğusunu yaşamağını təmin edər. Bu duyğunu uşağınızın əlindən almayın.
Hörmət öyrədin
İnsanın sahib olması lazım olan əsas duyğulardan biri də özünə və başqalarına hörmət etməsidir. Uşaqlarımıza bunu yalnız davranışlarımızla göstərə bilərik. Çünki onlar bizim aynamızdır. Onlar nə danışdığımıza deyil, necə davrandığımıza baxarlar və özlərini bu formada istiqamətləndirərlər. Dostlarımıza, həyat yoldaşlarımıza göstərdiyimiz hörmət onlar üçün bir göstəricidir.
Mükəmməl heç nə yoxdur
Hər şeyin əla olmasını istəmək uşağa zərər verir. Heç kim mükəmməl deyil. Heç siz də deyilsiniz. Özünüzdə çatışmayanları və özünüzün etmədiklərinizi uşaqların etməsini istəmək və onları buna məcbur etmək onları xoşbəxt böyütməyə imkan verməyəcək.
Keçmişlə yaşamaq və yaşatmaq
Davamlı olaraq keçmişdən bəhs etmək, yaşanan mənfi halları durmadan xatırlamaq, etdiyiniz səhvləri bağışlamamaq uşaqlarınızın sizdən uzaqlaşmasına və onları anlayacaq başqa birilərini axtarmağa vadar edə bilər. Bunun yerinə bağışlayın, dinləyin və keçmişdə yaşamağa çalışmayın.
Ona önəmli olduğunu hiss etdirin
Hamımız sevdiyimiz insanlar tərəfindən qiymətli olduğumuzu hiss etmək və bilmək istəyərik. Uşaqlara qiymətli olduqlarını maddi formada göstərməyə çalışmayın. Bu halda onlar dəyərli olduqlarını səhv formada anlayacaqlar. Eyni zamanda siz onların xoşbəxtliyin təməlinin pula bağlı olduğunu göstərmiş olacaqsınız. Uşaqların özlərini əhəmiyyətli hiss etmələri üçün sizin gözəl sözləriniz və davranışlarınıza ehtiyacı var.
Müqayisə etməyin
Müqayisə edilməyi sevən insan yoxdur. Xoşunuza gəlməyən, təhqiredici və özünə inam hissini aşılayan bu davranışı uşaqlarınıza tətbiq etməyin. Hər kəs dünyaya fərqli barmaq iziylə gəlib. Demək, heç kimin məktəbdə aldığı təhsili, ictimai və fiziki bacarıqlarını bir başqası və ya başqaları ilə müqayisə etmək olmaz. Hər kəs xüsusidir. Hamımızın bacarıqları fərqlidir. Daim yaşıdları ilə müqayisə edilmək uşaqları bədbəxt edir.
Sual vermək bacarığı
Uşaqlarınızın istəkləri, davranışları, fikirləri ilə maraqlanın. Bunun üçün suallar verin və  cavablar gözləyin.
Əsla mühakimə etməyin, "mən elə istəyirəm, elə olacaq!" deməyin. Uşağınıza "bəli" və ya "xeyr" cavabını verərkən mütləq səbəbini də izah edin. Bu halda o da sual verməyi və hər deyilənin doğru olmadığını öyrənəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1351   Tarix: 07 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

makiyaj instagram kosmetoloq adlarin menasi elm haqqinda atalar sözləri qarağatın faydaları öpüşmək qaydası hamileliyin ilk elameti kosmetika kahfe kali tut ağacı tutdudu ana haqqinda bayati lakonizm novruz hakıştası