Xoşqədəm illər əvvəlki fotosunu paylaşdı: "Nə gündəymişəm" - FOTO
Aparıcı Xoşqədəm Hidayətqızı illər əvvələ aid fotounu paylaşıb.
BiG.AZ xəbər verir ki, aparıcı şəklə bu sözləri yazıb:
"Səhv etmirəmsə, 1999 və ya 200-ci ildir. Media kapitanları bir arada. İndi bu fotonu paylaşın ki, nə gündəymişəm. Nə edim, reytinqliyəm, ən kiçik addımım qalmaqaldı, xəbərdir, manşetdir. Rəbbimə şükürlər olsun ki, mən varam. Bu arada burada çəkim 50 kiloqramdır. Yenidən o çəkiyə qayıtmağa qərar verdim. Qara günlər, aclıq başladı".