Xromaffinoma

XromaffinomaBöyrəküstü vəzin xromaffin toxumasından inkişaf edən şiş onun hormonlarının hipersekresiyasına səbəb olur. Bu şişlərə xromaffinoma deyilir. Xromaffinomaya nadir hallarda simpatik düyünlərdə və paraqanlionlarda təsadüf edilir. Onların 90%-i xoşxassəli,10%-ə qədəri isə bədxassəli olur. Sağlam adamın böyrəküstü vəzində 4-8 mq katexolamin olduğu halda xromaffinoma şişində katexolaminlərin miqdarı 300 mq -a qədər olur. Bu zaman şiş hüceyrələrində toplanan adrenalin və naradrenalin vaxtaşırı olaraq qana keçir. Bu səbəbdən də çox vaxt xəstələrdə tutmaşəkilli arterial təzyiq müşayət edilir. Tutmalar baş verdikdə arterial təzyiq 250-300 mm bərabər olur. Adətən təzyiqin yüksək olması 5-30 dəqiqə müddətində davam edir.
Xəstəliyin əlamətləri qanda olan adrenalin və noradrenalinin səviyyəsindən asılı olaraq dəyişir.Onların ürəyə təsiri nəticəsində xəstələrdə aşağıdakı əlamətlər meydana çıxa bilir:
- taxikardiya və ya bradikardiya
- ekstrasistolik aritmiya
- qulaqcıqların səyirməsi
- baş ağrısı
- baş gicəllənmə
- görmənin müvəqqəti pozulması
- hallyusinasiya
Arterial təzyiq tutması dövründə xəstənin qanını analiz etdikdə şəkərin miqdarının artdığı meydana çıxır.
Xromaffinomalı xəstələrin qanında xolesterolun miqdarı artır, bu da aterosklerozun gedişini sürətləndirir. Şiş toxuması bədxassəli olduqda xəstələrdə daimi yüksək təzyiq müşahidə edilir.
Bu qısa müddət ərzində ağırlaşmalara - nefroskleroza,miokard infarktına,beyin damarlarının sklerozuna səbəb ola bilir.Belə xəstələrin 10%-də şəkərli diabet inkişaf edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1980   Tarix: 29 sentyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

makiyaj instagram gelinlikler reseptler klyos donlar 2026 imtahan həyəcanı bürclər turşu resepti kosmetika qadin.az novruz bayramına aid hakıştalar oyunlar eqreb bürcler