Xumar Qədimova yeni klipini təqdim etdi - FOTOLAR
O, müsiqisi özünə məxsus "Əl-ələ verək, gedək" kompozisiyasına çəkilən yenə klipini təqdim edib.
Mahnın sözləri Sona Vəliyevaya məxsusdur. Klipin rejissoru Ramil Ağasıyevdir.
Müəllif Sona Vəliyeva tədbirdə mahnl haqda fikirlərini ifadə edib: Xumar xanıma təşəkkür edirəm. Bu şer Xumar xanımın ürəyində hansısa hisləri yarada bilibsə, buna çox sevinirəm. Azərbaycan dərdi, işğal olunan torpaqlar, əsirlikdə qalan torpaqlar, əsir düşən dağlar hamımızındır. Kompozisiya janrının elə bir qüvvəsi var ki, o səslənəndə geniş tamaşaçı kütləsini toplayır. Sevgi şeirlərim oxuna bilər, rəğbət qazana bilər. Amma vətən, torpaq və ümumiyyətlə bu mövzuda olan dərdlərimizə bəstəkarın, müğənninin müraciəti həmin insanın böyüklüyüdür. Mən bu musiqini sözlərdən qat-qat güclü hesab edirəm".