XXI əsrin böyük bəlasından necə xilas olmaq lazımdır? - Mütəxəssis tövsiyələri

XXI əsrin böyük bəlasından necə xilas olmaq lazımdır? - Mütəxəssis tövsiyələriHər bir orqan və toxuma öz funksiyasını yerinə yetirməsi üçün qan və oksigenlə təmin olunmalıdır.
Orqanizmdə orqanların qan təchizatını ürək yığılma və genişlənmə funksiyası ilə yerinə yetirir. Ürək çatışmazlığı isə ürəyin yığılma və genişlənmə funksiyasında olan qüsurlar səbəbindən orqan və toxumalara yetərincə qan göndərə bilməməsi durumudur.
Ürək çatışmazlığının əsas səbəbi ürək-damar xəstəliyi keçirilmiş infarkt və yaxud da yüksək təzyiq kimi xəstəliklərin olmasıdır.
Moderator.az ürək çatışmazlığına səbəb ola biləcək digər xəstəliklər və onlardan sağalma yollarından bəhs edəcək:
1)Ürək qapağı və ürək əzələsi xəstəlikləri;
2) Anadangəlmə ürək xəstəlikləri;
3) Şəkərli diabet xəstəliyi;
4) Xroniki böyrək çatışmazlığı.
Ürək çatışmazlığının əlamətləri aşağıdakılardır:
Ürəyin bədənə yetərincə qan ötürə bilməməsi nəticəsində ağciyərlər və bədənin müxtəlif yerlərində maye toplanmağa başlayır və bu hal müxtəlif əlamətlərə səbəb olur.
Açıq görülə bilən əlamətlər bunlardır: nəfəs darlığı; yorğunluq; ödəm; tez çəki alma; öskürək
Bununla yanaşı iştahasızlıq, gecələr tez-tez sidiyə getmə, ürəyin tez-yez döyünməsi kimi əlavə əlamətləri ola bilər. Bir xəstədə bu əlamətlərin biri, və ya bir neçəsi olur. Əgər xəstə lazımi müalicəni alırsa, yuxarıdakı əlamətlərdən heç birinə rast gəlinməyə bilər.
Ürək çatışmazlığı ciddi bir xəstəlik olub zamanında müalicə olunmadığı halda həyati təhlükə yarada bilir. Bununla belə, vaxtında aşkar edilərək müalicə olunarsa, xəstə uzun və keyfiyyətli bir ömür sürə bilər.
Böyük Britaniyada hər il 68.000 yeni ürək çatışmazlığı diaqnozu qoyulur. ABŞ-da isə 2009-cu ildə ürək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı 5.1 mln olmuşdur. Bununla yanaşı, ABŞ-da hər 9 ölümdən birinə ürək çatışmazlığı səbəb olmuşdur. Ürək-damar xəstəlikləri, o cümlədən, ürək çatışmazlığı Azərbaycanda ən çox yayılmış qeyri-infeksion xəstəliklərdir. Xəstələrin yaşı artdıqca ürək çatışmazlığı hallarının sayı da artmış olur. Araşdırmalar göstərir ki, 75-84 yaş arası insanlarda hər 15 nəfərədən birində, yaşı 85-dən yuxarı olan insanlar arasında isə hər 7 nəfərdən birində ürək çatışmazlığı qeydə alınır. Gənclər arasında ürək çatışmazlığı çox nadir hallarda rast gəlir və daha çox anadangəlmə ürək qüsurları ilə bağlı olur.
Yuxarıda qeyd edildiyi kimi, ürək çatışmazlığı həm də müxtəlif xəstəliklərin (halların) ağırlaşması  nəticəsində inkişaf edir. Həmin xəstəliklərin (halların) müalicəsində əlavə tədbirlərin tətbiqi məsləhət görülə bilər. Məsələn:
- Əgər yüksək qan təzyiqiniz varsa, qan təzyiqini aşağı salmaq üçün müalicə tədbirləri tətbiq edilə bilər;
- Əgər ürək çatışmazlığının səbəbi olarsa, ürəyin işemik xəstəliyinin irəliləməsinin qarşısını almaq üçün müvafiq müalicə tədbirləri tətbiq olunur. Məsələn, qanda xolesterinin səviyyəsi yüksək olan xəstələrdə onun azaldılması üçün müvafiq dərmanlar və ya həyat tərzinin dəyişdirilməsi metodları istifadə edilə bilər.
- Əgər zədələnmiş ürək qapağı ürək çatışmazlığının səbəbidirsə, ürək qapağının əvəzlənməsi və ya bərpa olunması üçün müvafiq cərrahi müdaxilə aparıla bilər;
- Bəzi hallarda ürək transplantasiyası əməliyyatı aparıla bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1170   Tarix: 22 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

qaşların formalari gelinlikler geyim seçimi baliq qulagi seksual fotolar gavalının faydaları haxışta sözləri kosmetika zehmet ve zinet haxisdalar qız bürcü nagillar birlik