Yaddaşı gücləndirən qidalar - SİYAHI

Yaddaşı gücləndirən qidalar - SİYAHITürkiyəli sağlam qidalanma mütəxəssisi Aslı İçingür güclü yaddaşa sahib olmağın sirlərini paylaşıb.
Milli.Az xəbər verir ki, mütəxəssisin fikrincə, qarabaşaq, çovdar və yulaf kimi qidaları gündəlik qida rasionuna daxil etmək yaddaş zəifliyinin azalmasında mühüm təkan rolunu oynayır.
O, hər gün 1 boşqab tərəvəz və meyvə istehlakının yaddaşa mühüm təsirinin olduğunu dilə gətirib:
"Bundan əlavə, alma, böyürtkən, albalı, ərik, çiyələk ən yaxşı antioksidant qaynaqlarını meydana gətirir. Həmçinin üzüm, portağal, şaftalı, armud, naringi, banan, kivi, manqo da özündə çox güclü antioksidant ehtiva edir".
Ekspert imkan olduğu təqdirdə gün ərzində 2 porsiya balıq yeməyin zehni gücləndirdiyini ifadə edib:
"Omeqa-3 yağ turşuları ilə zəngin qida rasionu yaddaş problemində əsas qalxan rolunu oynayır. Tədqiqatlar göstərir ki, Omeqa-3 yağ turşusu ilə zəngin qidalar Altsheymer riskini azaldır. Balıq istehlak edə bilmirsinizsə, gündə 1 qram Omeqa-3 əlavəsini qəbul etmək faydalıdır. Bununla birlikdə Omeqa-3 yağ turşularının istehlak miqdarı yaşa və xəstəlik vəziyyətinə görə dəyişə bilər".
Həkim qozun yaddaşa faydalarından da söz açıb:
"Qoz Omeqa-3 yağ turşularının ən zəngin mənbələrindən biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz istehlak etmək qocalığa verəcəyiniz ən böyük sərmayələrdən biri olacaq".
B12 vitamininin faydaları haqqında mütəxəssis bunları deyib:
"Tədqiqatlar göstərir ki, B, C, D və E vitaminlərinin orqanizmə faydaları misilsizdir. Bütün bu vitaminlər sağlam yemək qaydalarına riayət etməklə təbii olaraq qəbul edilə bilər. B12 vitamini çatışmazlığı xüsusilə gərgin iş rejimindən meydana gəlir. Həftədə 3 dəfə qırmızı ət, gündəlik süd, qatıq, pendir və yumurta istehlakı bədəni lazımi B12 vitamini ilə təmin edir".
A.İçingür taxılın da yaddaşa faydalarından danışıb:
"E vitamini beyin sağlamlığı baxımından əsas antioksidantlardan biridir. Bu vitamin xüsusilə dənli bitkilərdə bol olur. Bu səbəblə gündəlik qidalanmanızda bulqur, qəhvəyi düyü, buğda, qarabaşaq yarması, çovdar, yulaf kimi qidaları mütləq istehlak edin. E vitamini həmçinin ispanaq və kələm kimi yaşıl yarpaqlı tərəvəzləri də əhatə edir".
Son olaraq sağlam qidalanma mütəxəssisi çay və tünd şokoladın faydalarını vurğulamağı unutmayıb:
"Polifenol olan tünd şokolad beyni cavan saxlayan vasitələrdəndir. Lakin yüksək kalorili olduğuna görə məhdud miqdarda istehlak etməyi unutmayın". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1407   Tarix: 31 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani