Yaddaşı yaxşılaşdırmaq üçün beş sadə məhsul
İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika CMD Mərkəzinin eksperti Mixail Lebedev yaddaşı yaxşılaşdırmaq üçün beş sadə məhsulun adını çəkib.
Milli.Az lent.az-a istinadla bildirir ki, ilk növbədə, onun sözlərinə görə, yeməyinizə yaşıl yarpaqlı tərəvəzlər əlavə edilməlidir: kahı, şüyüd, ispanaq, nanə və s.
"Giləmeyvələr qan dövranını artıraraq, beyinə oksigenin çatdırılmasını sürətləndirərək və qan damarlarını qoruyaraq intellektual iş qabiliyyətini yaxşılaşdırır. Bu proseslər nəticəsində intellektual imkanlar və informasiyanın mənimsənilməsi qabiliyyəti artır. Piqmentlər yaddaşı yaxşılaşdırmağa kömək edir", - o əlavə edib.
Yaddaşın yaxşılaşdırılması üçün vacib olan digər məhsul, əsas omeqa-3 yağları və yağ turşularını ehtiva edən yağlı balıqdır. Həkim qeyd edib ki, çay və kofe də qida rasionuna daxil edilməlidir, çünki bu içkilər insanın böyük həcmdə informasiyanı emal etmək qabiliyyətini artıra bilər.
"Son məhsul zülal, yağ, lif və beynin tam işləməsi üçün lazım olan bir çox mineralların yaxşı mənbəyi olan qoz-fındıqdır", - Lebedev fikrini yekunlaşdırıb.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Murad Arif Naxçıvanda gənclərlə görüşdü
Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO
"Harri Potter"in aktyoru öldü
Maykl' filmindən tarixi rekord
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
Fəxri İsmayılova yüksək vəzifə verildi