Yağ yeməyənlər böyük səhv edirlər - Professor

Yağ yeməyənlər böyük səhv edirlər - Professor"Beyin insan bədənində ən piyli orqandır".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı qeriatr, tibb elmləri doktoru, professor, ekspert Kirill Proşayev Gazeta.ru-ya maraqlı açıqlamalar verib.
"Həqiqətən, beynin təxminən 75%-ni su təşkil edir. Amma suyu istisna etməklə, quru maddə əsasında hesablasaq, o zaman beyinin 80%-nin yağ olduğu ortaya çıxır. Ona görə də yağları qida rasionundan çıxaran insanlar səhv hərəkət edirlər. Çünki yağ çatışmazlığı şəraitində beynin fəaliyyəti çətinləşir", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, beyni qidalandırmaq üçün orqanizmə xüsusilə faydalı doymamış yağ turşuları daxil olmalıdır.
"Məsələn, bu turşular balıq (siyənək, qızılbalıq, skumbriya) və dəniz məhsullarında, bitki yağlarında (kətan, zeytun), qoz-fındıq (qoz, püstə, keşyu), paxlalı bitkilərdə (mərci, lobya) və bəzi digər məhsullarda mövcuddur", - deyə Proşayev əlavə edib.
Bundan başqa, mütəxəssisin fikrincə, beynin effektiv işləməsi üçün, həmçinin şəkərə də ehtiyac var. İstehlak etdiyimiz qlükozanın təxminən 25%-i beyinə bədəndə müxtəlif prosesləri işə salmaq üçün lazımdır.
"Şəkər beyin üçün enerjidir, ona görə də "şəkər - ağ ölümdür" ifadəsi tamamilə yanlışdır. Beynin qlükozaya ehtiyacı var. Amma bu, təbii, o demək deyil ki, biz şəkər yeməliyik. Tərkibində şəkər olan qidaları (banan, bal və s.) qida rasionunuza daxil etmək vacibdir, lakin normanı aşmamaq lazımdır. Fövqəladə hallarda, beyin həddindən artıq məlumat yükündən donduqda və hələ də işləməyə davam etmək məcburiyyətindəsinizsə, bir parça şokolad və ya dadlı konfet zərər verməyəcək, əksinə, kömək edəcək", - deyə həkim vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1306   Tarix: 23 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

aksessuarlar toy makiyaji sekilleri geyim şəkilləri qadın və texnologiya karolın ve gızlı dunya ızle kişi dünyası feyxoanin faydalari kosmetika ginekoloq toy gecesi kondom google vetene aid atalar sozleri