Yağlı dərisi olanlar nə etməlidir?

Yağlı dərisi olanlar nə etməlidir?İnsanların bir çoxu yağlı dəriyə sahibdir. İstər üz dərisinin yağlı olması, istərsə də saçların tez-tez yuyulmasına baxmayaraq, yağlanması ən çox rast gəlinən şikayətlərdəndir. Ələlxüsus da qadınlar bu problemindən əziyyət çəkirlər.
Dermatoveneroloq, uzman həkim Mehdi İskəndərli də bildirub ki, yağlı dəri problemi ilə pasientlər tez-tez dermatoloq həkimə müraciət edirlər. Onun sözlərinə görə, dəri yağlılığı dərinin normal bir forması olmasına rəğmən xəstələrdə ciddi diskomfort yaradan bir haldır. Dermatoloq ümumiyyətlə, dərinin beş tipinin - quru dəri, yağlanmış dəri, qarışıq dəri, həssas dəri, normal dəri- olduğunu deyib:
"Yağlı dəri forması ən sıx görülən dəri formalarından biridir. Belə xəstələr adətən üz dərisində parıltı və yağlanma, gözənəkləri böyüməsi şikayətləri ilə müraciət edirlər. Paralel şəkildə saçlarda yağlanma da meydana gələ bilər. Dəri və saç yağlanması tək başına bir problem olmaqla yanaşı başqa dəri xəstəliklərinin də yaranmasına səbəb ola bilər. Saçlarda qabıqlanma, saçlarda kəpəklənmə, saçlarda qızartı, üzdə sızanaq, kürəkdə çivzələr kimi dəri xəstəliklərinə səbəb ola bilərlər. Dərinin yağlanması probleminə hiperseborreya deyilir. Hiperseborreya səbəbi bəzi insanlarda daxili sistem xəstəliklərini xüsusən daxili sekresiya vəzlərinin xəstəlikləri fonunda da yara bilər. Odur ki, dəri həkimi ehtiyac gördüyü halda xəstəni xüsusi testlərdən keçirdə bilər".
Həkim vurğulayıb ki, dərinin yağlanması probleminin çarəsi var. Belə xəstələr daima düzgün kremlərdən, losionlardan, sabunlardan, yaxlama gellərindən və şampunlardan istifadə etməlidirlər. Yağlı saçlara sahib insanlar hər gün dər həkimi tərəfindən təyin edilmiş şampunlarla yumalıdırlar. Üz dərisinə dermatoloq tərəfindən təyin edilmiş yerli vasitələrlə hər gün qulluq göstərilməlidir. Lakin, həm yağlı dəri, həm də yağlı saçlar problemini daxilə qəbul edilən preparatlarla həll etmək mümkündür.
Dermatoloq ehtiyac gördüyü təqdirdə bu cür dərmanları təyin edərək yağlı dəri problemini həll edə bilər. Hətta bu preparatlar dəri yağlanması probleminin biryolluq həllini də vəd edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1523   Tarix: 08 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

hamiləlik geyim necə seçməli kosmetoloq qazan kotleti sepkilere qarsi mualice hüquq və qadın haqları ciyər qovurması kosmetika burclerin uyumu gozellik heyati hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz rus dili