Yalana kimlər meyl edir

Yalana kimlər meyl edirYalan danışmaq prosesi uşaqlıq dövründən başlayır. Araşdırmalara görə, 3-4 yaşından uşaq yalan danışmaq üçün ilk cəhdləri göstərir.
Adətən böyüklər bunu görür, normal qəbul edib bir əyləncə formasına gətirirlər. Uşaq 5-6 yaşına çatanda isə yalanlar çoxalır və düşünülmüş olur. Çox vaxt belə hallar cəzalandırılmanın qorxusu nəticəsində baş verir. Lakin bu yaşda cəzalanma üsulu fərqli olur. Böyüklər uşağın üstünə qışqırır, o elədiyi hərəkətə görə günahlandırılır və özünü çox pis vəziyyətdə hiss edir.
Uşaq valideynlərinin davranışını təkrarlayır, onların yalan dediklərini görür. Bir misal gətirmək olar: "Hansısa bir qohum haqqında valideyn hər zaman mənfi fikir bildirir, lakin onlara qonaq gedəndə tamamilə başqa münasibət göstərir. Bunu görən uşaq öz aləmində bu cür davranışın düzgün olduğunu hesab edir".
İnsanlar yalan danışır, bəzən də buna əhəmiyyət vermirlər. Hesab olunur ki, şəraitdən yaranmış müəyyən məqamlar insanı yalan danışmağa vadar edir. Əksər hallarda öz şəxsi maraqlarının müdafiəsinə görə, özünə diqqət cəlb etmək üçün, cəmiyyət tərəfindən gələn tənqiddən yayınmaq üçün yalan danışırlar. Bəziləri özlərinə yalanlardan ibarət olan bir dünya qururlar və bu yalana inanırlar.
İnsanlar müxtəlif formada yalanlar danışırlar, çünki hər biri müəyyən şəxsiyyət tipinə aiddir.
Yalana ən çox meylli isterik şəxsiyyət tipinə aid olan insanlardır. Onlar özünə qarşı maraq olmadığını hiss edəndə nəyin bahasına olursa olsun onu qazanmağa çalışır. Bu tip insanlar uydurduğu obraza o qədər alışırlar ki, öz fantaziyalarında tam həll olurlar, ürəkdən inanırlar. Tanınmış filosof və alim Blez Paskal yazırdı: "Elə insanlar var ki, yalan danışır, sadəcə yalan danışmaq üçün".
Müəyyən situasiyalarda "yox" deyə bilməyəcəyi üzündən bəzi insanlar özlərinə bəraət qazandırmaq məcburiyyətində qalırlar. Şizoid şəxsiyyət tipinə aid olan insanlar tam fərqli formada yalana əl atırlar. Onları fantaziyaları çox uzaqlara aparır: mistik mövzular, uçan boşqablar və s., çoxlu vədlər edirlər, sonra isə unudurlar.
Əsl "peşəkar" yalançılar epileptoid tipinə aid olanların arasında olur. Onlar elə yalan danışırlar ki, heç kəs hiss eləmir, özlərinin də çox güclü yaddaşı var və danışdığı yalanları unutmurlar. Lakin onlar nadir hallarda yalan danışırlar, çünki az danışan olurlar. Fikir söyləmədən öncə fikirləşirlər, ölçüb-biçirlər, xırdalıqlarına qədər əhəmiyyət verirlər.
"Qipertim" psixotipinə mənsub olan insanlar çox nadir hallarda yalan danışır. Onlar yalan danışmağa ehtiyac duymurlar, çünki cəmiyyətdə özlərini sərbəst hiss edirlər və heç kimdən qorxmurlar. Və psixoastenik tipinə aid olan insanlar. Onlar çox nadir hallarda yalan danışırlar. Çünki yalanı günah olduğunu düşünürlər. Yalan danışsalar belə, o anda onların hərəkətlərində, jestlərində bunu hiss eləmək olar.
Bəs, yalanı necə ayırmaq olar. Bu anda köməyimizə qarşımızdakı insanın jestləri gəlir. Bir qədər diqqət yetirin. Yalan danışan zaman insan çox vaxt gözə baxmır, əllərini ovuşdurur, barmaqlarını oynadır, əlini burnuna aparır, ağzını örtür. Əsəbi halda ətrafında səliqə səhman yaratmağa çalışır, əlində hansısa əşyanı, ya düymələrini oynadır, tez-tez saçlarını düzəldir, dodaqlarını yalayır. Əsəbləşən adam siqaret çəkməyə, öskürməyə də başlaya bilər. Bütün bu jestlər həmin söhbətdən yayınmaq üçün istifadə olunur. Təbəssümü saxta olur: dodaqlar qaçır, lakin baxışlar ciddidir. Əgər hansısa mövzunu müzakirə edəndə həmsöhbətinizin əsəbləşdiyini, gözlərini yayındırdığını, ağzını əli ilə örtdüyünü, bir qədər geri (arxaya) əyildiyini müşahidə edirsinizsə, deməli, o, bu barədə danışmaq istəmir və ona görə də yalan deməyə hazırdı. Yalan danışan zaman insanın üzündəki ifadə və dediyi sözlər bir-birini tamamlamır. Lakin onu da qeyd etmək istəyirəm ki, bu dediklərimdən nəticə çıxararaq, hansısa bir jestə görə insana yalançı demək olmaz. Bunlar kompleks şəklində nəzərə alınmalıdır. Həm insanın jestləri, keçirdiyi emosiyalar, verbal reaksiyalar müşahidə olunmalıdır. Verbal reaksiyalar, yəni insan söhbətdən yayınır, o barədə danışmaq istəmir, ya da ki verdiyi cavablar mövzuya aid deyil. Yalan danışan insan kobudluq də edə bilər: "Mən sənə cavab vermək məcburiyyətində deyiləm", "Mənim haqqımda siz necə belə düşünə bilərsiniz".
Ümumiyyətlə, bu mövzu çox geniş bir mövzudur və bu haqda çox danışmaq olar. Nə qədər məlumatımız olsa belə, yalanı həmişə aşkar etmək olmur, çünki çox bacarıqla, "peşəkar" yalan danışanlar da var. Lakin əksər hallarda insana öz yalanlarına nəzarət etmək çətindir. O, əsəbləşir və aqressiv olur. Həmin an mövzunu gözlənilmədən dəyişəndə - düz danışan insanı bu təəcübləndirər, lakin yalan söyləyən buna sevinər.
İnsan davranışını müəyyən bir məqamda düzgün qiymətləndirmək üçün onun adi vaxtlarda adətən özünü necə apardığını bilmək lazımdır. Tanımadığımız insanın yalanını aşkar etmək çətindir.
Ümumiyyətlə, unutmayaq ki, "Yalan ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər..."(Uilyam Porter).
Aygün Ağabalayeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1209   Tarix: 29 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 toy gecesi ev dizaynlari yataq otagi hamiləlik və analıq dirnaqlara qulluq maskalari intim haqda kosmetika veten haqqinda atalar sozu fitat novruza aid hakisda sağlamlığa aid atalar sözləri şirin qoğal