Yalnız bizmi kəsilən çörəyə qiymət veririk?' - Lalə Azərtaş

Yalnız bizmi kəsilən çörəyə qiymət veririk?' - Lalə Azərtaş"Görəsən hədsizmi humanistik? Yalnız bizmi kəsilən çörəyə qiymət veririk? Tolerantlıq yalnız bizim üçünmü dəyər daşıyır? Başqa xalqlara hörmət qarşılıqsızmı olmalıdır?"
azxeber.com xəbər verir ki, bunu aparıcı Lalə Azərtaş sosial media hesabında yazıb.
O, Rusiyanın Yekaterinburq şəhərində həmyerlilərimizə olunan hücumdan yazıb:
"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha velikorus şovinizminin, rus millətçiliyinin bariz nümunəsi oldu. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir. Bu hadisə ciddi-cəhdlə maskalanan rus faşizminin əsil simasını göstərməsidir. 21-ci əsrdə bütün dünya buna raşizm deyir. Bu ideologiyanın kökündə digər xalqlara alçaldıcı diskriminaiya münasibəti durur. Rus şovinizminin əsas ideoloji postulatı türklərə və ələxsüs Azərbaycana qarşı düşmənçilik təşkil edir.
Biz bunu 1990-cı il 20 yanvar hadisələrində, Xocalı soyqrımında görmüşük. Biz bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində AZALA məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Yenə atan kazaklardı, daşnakları dəstəkələyən siyasətdi. Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir, bu siyasətə prezident Putinin mövqeyi, yanaşması rəvac verir. Raşizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan Ukrayna xalqını belə qırğına verir".
Aysel

Şou Biznes     Baxılıb: 930   Tarix: 30 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

turlar.az

geyim şəkilləri qaşların formalari yaz geyimleri 2026 sevinc tofiqqızı sufle hazirlanmasi qutab xemiri qadın xəstəlikləri kosmetika novruz hakisdalari bayatılarımızda vətən həsrəti arıqla ikizler rus dilin nece orenek