Yanan binaya görə dəyən ziyanın şok məbləği AÇIQLANDI

Yanan binaya görə dəyən ziyanın şok məbləği AÇIQLANDIBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, onun imzası ilə şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verilməyib.

M. Mahmudovun vəkili İlhamə Həsənova poliuretan məhsullarının oda davamlığını sınaqdan keçirən ekspertlərin məhkəməyə şahid qismində dəvət edilməsini istəyib.

Məhkəmədə elan olunub ki, Binəqədidə binanın yanması nəticəsində ümumilikdə dəyən ziyan 2 milyon 951 min manat təşkil edir.

Proses davam edir.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb./APA/

Xəbərlər     Baxılıb: 1845   Tarix: 12 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər. -a istinadən xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoyublar. Təsadüfi olaraq təyin olunmuş yeməklər zeytu

turlar.az

yaz geyimleri 2026 geyim seçimi geymler 2026 aciq zedelenmeler yaralar bayatilar vetene aid qadın və din biserli uzun donlar kosmetika bayraq gülməli hakıştalar maskalar baldiza aid qaynana