Yanından keçirik, amma şəfasınl bilmirik
Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir.
Milli.Az xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı" kimi tanınan bu bitki iltihabı təmizləyir, hüceyrələri yeniləyir və immuniteti polad kimi gücləndirir.
Heç bir dərmanlama və ya gübrələmə olmadan, təbiətin öz ritmi ilə cücərən bu yaşıl möcüzə tərkibindəki antioksidant və vitaminlərlə dərmanlara meydan oxuyur.
Elmi araşdırmalar sübut edir ki, quzuqulağının tərkibindəki aktiv maddələr immun sistemini zirvəyə daşıyır. Xüsusilə bədəndə toplanan toksinləri təmizləməsi ilə seçilən bu bitki qaraciyər piylənməsindən həzm problemlərinə qədər bir çox xroniki xəstəliyin təbii rəqibi hesab olunur. Qan şəkərini tarazlaşdıran təsiri isə diabet xəstələri üçün real ümid mənbəyinə çevrilir.
Soyuq aylarda yayılan infeksiyalara qarşı qalxan rolunu oynayan quzuqulağı tənəffüs yollarını təmizləyir və ağciyər tutumunu artırır. Bədəndəki ödemi qovaraq oynaq ağrılarını yüngülləşdirdiyi də məlumdur. Bitkinin təkcə qida deyil, həm də hüceyrə yeniləyici təsiri ilə əsl "gənclik qoruyucusu" olduğu bildirilir.
Təbiətdən toplandığı kimi təzə halda salatlara qatıla bilən bu şəfa mənbəyini dəmləyərək çay kimi də içmək olar.
Xüsusilə səhərlər acqarına içilən bir stəkan quzuqulağı suyunun maddələr mübadiləsini sürətləndirdiyi və gün boyu gümrahlıq verdiyi bildirilir. Lakin bitkini toplayarkən avtomobil tüstüsündən uzaq, təmiz bölgələr seçilməlidir. Böyrək problemi olanlar və xroniki xəstəliyi bulunanlar isə istifadədən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. (demokrat.az)
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı