Yanlış müalicə üsulları koronavirus xəstələrini ağırlaşdırır - Pulmonoloq

Yanlış müalicə üsulları koronavirus xəstələrini ağırlaşdırır - PulmonoloqBu gün koronavirusa yoluxan və ambulator şəraitdə müalicə alan xəstələrin ağırlaşmasının əsas səbəblərindən biri yanlış müalicə üsullarının tətbiq edilməsidir.
Bunu Trend-ə açıqlamasında həkim-pulmonoloq Əsəd Beydullayev deyib.
Onun sözlərinə görə, xəstəliyin ilkin dövrlərində həkimlərdən toplanan reseptlərin üzləri çıxarılaraq yayılmağa başlayıb: "Bir binada bir nəfər xəstələnirsə, tiblə əlaqəsi olmayan biri həmin resepti ona verir. Təbii ki, bir neçə nəfərdə bu, effekt verə bilər, amma müalicə fərdi xarakter daşıdığından hamıda effektli olmur. Ona görə də əvvəl 10 xəstədən 1-2-si ağırlaşırdısa, indi belə hallara görə 5-i ağırlaşır. Yəni, hazırda vəziyyət elədir ki, ixtisaslı həkimdən başqa hər kəs, bərbər, taksi sürücüsü və s. "mütəxəssis"ə çevrilib".
Ekspert qeyd edib ki, xəstəliyin ağırlaşmasında ikinci bir məsələ digər sahə həkimləri və tibb bacılarının da bu işlə məşğul olmağa başlaymasıdır: "Tibb bacıları fikirləşirlər ki, müalicə alınsa, nə yaxşı, alınmasa da sonradan ixtisaslı həkimlərə yönləndirə bilərlər. Bu səbəbdən əvvəl bizə müraciət edən xəstələr yüngül vəziyyətdə olurdularsa, indi ağırlaşmış halda gəlirlər. Hazırda müalicəyə gələn xəstələrin əksəriyyəti azı 10 gün tibb bacılarının ağır vəziyyətə saldığı xəstələrdir. Bu, çox dəhşətli bir şeydir. Həmçinin, həmin şəxslər cəmiyyət arasında çox sayda dezinformasiyanın yayılmasının da səbəbkarlarıdırlar. Biri çimməməyi, digəri müxtəlif dərmanları içməyi tövsiyə edir və s. Yoxsa, xəstəliyin istənilən formasında fəsadları aradan qaldırmaq mümkündür. Təbii ki, burada ölüm faizi də var, ağırlaşmalar da ola bilər. Çünki koronavirus ciddi xəstəlikdir. Belə olmasaydı, qlobal səviyyədə buna diqqət yetirilməz və pandemiya adı qoyulmazdı. Tibdə zaman çox önəmlidir. Xəstə müalicəyə nə qədər tez başlasa, daha tez effekt alır. İndi gələn xəstələrin hamısı müalicə aldıqlarını deyir. Müalicə də qonşularının sistem qoşması və aidiyyəti olmayan dərmanların qəbul edilməsidir. Belə hallar işimizi ağırlaşdırır".
Ə.Beydullayev son dalğanın spesifik xüsusiyyətlərindən də danışıb. O bildirib ki, hər bir dalğada fərqli simptomlar özünü göstərir: "Bir dalğada mədə-bağırsaq pozuntusu daha çox olurdusa, digərində bir başqası üzə çıxır. Son dalğada müşahidələrimiz onu göstərir ki, qızdırma, baş və bel ağrılarından şikayətlər daha çoxdur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1376   Tarix: 29 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az