YAP sözçüsü Elza Seyidcahanın cəzalandırılacağını deyib
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın rəqibi, YAP üzvü Tahir Süleymanovla bağlı səsləndirdiyi ittihamlara reaksiya verib.
Partiyanın Siyasi Şurasının üzvü və mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahanın Tahir Süleymanovla bağlı səsləndirdiyi fikirlər tamamilə əsassız və cəfəngiyyatdır: "Seçkidən sonra məğlubiyyətlərini səmimi həzm edə bilməyən insanlar var. Bunlardan biri də müğənni Elza Seyidcahandır. Bir çoxları əvvəlcədən uduzduqlarını görürlər və seçkiyə start verilməmişdən saxtakarlıqlardan, bu və ya fitnə-fəsad, böhtanlardan dəm vururlar. Elələri də var ki, guya seçkiyə qədər seçiləcəyinə əmin olduğu barədə şou yaradır, rəy formalaşdırmağa çalışır. Məntiqi nəticə olaraq, seçkidə uduzduqdan sonra bu və ya digər insanları ləkələməyə, böhtan atmağa çalışırlar".
H. Paşayev qeyd edib ki, YAP rəsmi şəkildə 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən Tahir Süleymanovun namizədliyini irəli sürüb: "Elza Seyidcahanın YAP-ın namizədi ilə eyni dairədə yarışmaq bacarığı sıfıra bərabər idi. Bunu onun özü də bilirdi. Sadəcə olaraq bu insan ürəyində tutduqlarını kimlərdənsə qopara bilməyib və bu gün həmin istəyini kimlərinsə, dilindən səsləndirməyə çalışır. Azərbaycanda seçkilər beynəlxalq və yerli müşahidəçilərin müşahidəsi altında tam ədalətli, demokratik şəkildə keçirilib. O cümlədən 54 saylı Siyəzən-Şabran Seçki Dairəsində Tahir Süleymanova seçicilər böyük etimad göstərdilər. Yəni, seçicilərin etimadını yenidən qazandı.
Həmin dairənin seçiciləri Elza Seyidcahanı yalnız şou verilişlərindən tanıyırlar. Belə verilişlərdən tanınan insana səs vermələri isə qeyri-məqbul görünür. Ona görə də nəticə belə oldu. Seçicilər ola bilsin ki, Elza Seyidcahanı müğənni, şou adamı kimi tanıyırlar. Ancaq, millət vəkili kimi görmək istəmirlər. Ona görə də seçkidə ona bu hüququ vermədilər. Səsləndirdiyi fikirlər isə yersiz iddialardır", - deyə H. Paşayev vurğulayıb.
YAP sözçüsü E. Seyidcahanın cəzalandırılacağını diqqətə çatdırıb.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO