Yaş dəri ildırım vurmasından qoruyurmuş - Tədqiqat
Yaş dəri ildırım vurması nəticəsində orqanizmə ciddi ziyanın dəyməsi riskini azaldır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın İlmenau Texniki Universitetinin alimləri tərəfindən aparılan araşdırmada deyilir.
Onlar insan başının 3D modellərindən istifadə edərək ildırım vurmasını simulyasiya ediblər. Örtüyü dəriyə bənzətmək üçün onu üç qat hazırlayıblar.
Tədqiqatçılar nəm əlavə etdikdə, manekenin üzərində daha az zədə əlamətləri olub. Alimlər belə qənaətə gəliblər ki, nəm dəri qoruyucu təbəqə rolunu oynayır. O, elektrik yükünün bədənə güclü zərər verməsinin qarşısını alır.
Yeni məqalənin müəllifləri bu mexanizmin vəhşi təbiətdə işləməsini də təklif ediblər. Belə ki, yağış zamanı dərisi çox islanan heyvanların ildırım vurmasından ölmə ehtimalı azdır.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi