Yaşadğınız evdə xəstəlik mənbələri - Halsızlığınızın səbəbi

Yaşadğınız evdə xəstəlik mənbələri - Halsızlığınızın səbəbiYaşadığınız ev sizi necə aram-aram öldürür?
İnsanın evi onun qalası, sığınacağı, ruhlandığı bir yerdir. Əgər insan çox xəstələnirsə, deməli, onun evində də xəstəlik yaradan səbəblər var.
Milli.Az medicina.az-a istinadən bir evin, mənzilin insanı, ailəni necə zamanla, yavaş-yavaş məhv etməsi ilə bağlı maraqlı araşırmanı təqdim edir.
Evdəki hava - təmizdir, ya allergik?
Toz və toz gənəsi hava ilə keçən ən yayılmış və güclü allergendir. İnsan onu aldığı hava ilə udur. Çox zaman körpələrdə və yaşlı insanlarda səbəbsiz sonra da allergiyaya bağlanan öskürək, xüsusən yatanda qıcıqlanma, öskürək məhz evdəki toz gənəsindən olur. Sübut olunub ki, 65% astmalı xəstələr toz gənəsinə həssasdır, ondan astma tutmaları olur. Ona görə astmalı insanların yaşadığı yer maksimum təmiz havalı olmalıdır.
Toz və gənələr çarpayı matraslarında, yorğan-döşəkdə, çarpayı, mebel altında daha çox yığılır. Astmalı xəstələrin yaşadığı mənzilə mexaniki ventilysiya quraşdırıldıqda, hər 100 qram tozda olan gənələrin faizi 20-ə düşdü. Bu da təhlükəsiz göstəricidir. Ona görə toz gənəsindən allergik reaksiya olmasında deyə otaqlar müntəzəm havalandırılmaılı, pəncərələr açılmalıdır.
Nəm, rütubətli ev də allergiklər və astmalılar üçün təhlükəlidir, nəmişlik gənələri artırır.
Məişət kimyası - bahalı yuyucu vasitələrlə zəhərlənən ev
Marketlərdə rəf-rəf düzülmüş bir-birindən yaxşı, bahalı, təmizlik vəd edən yuyucu vasitələr, gellər sizə elə gəlir ki, evinizi, hamamı, mətbəxi bakteriyalardan qoruyur. Lakin bu məhsullar da kimyəvi maddələrdən hazırlanır və sağlamlıq üçün zərərlidir.
Amerikalı ekspertlər məişət kimyəvi məhsullarının tərkibini araşdırıb. Məlum olub ki, amerikanlar özləri hər gün bir neçə qrup kimyəvi təhlükəli maddələrlə təmasda olurlar. Bu maddələrdən ən məşhuru ftalatlardır. Ftalat çox yuyucu vasitələrə qatılır. Ftalatlar insanın hormonal balansını pozur, kişilərdə testosteronu azaldır. Kanserogen maddədir və uşaqlarda onkologiyaya yol açır.
Amerikalıların evində həm də fenol izlərinə rast gəlinib. Bu maddə ev ətirləndiricilərinin tərkibindəolur. O, toza hoparaq, tozla birgə mebel və döşəmədən insanın tənəffüs yollarına keçir. Bu da qadınlarda cinsi hormonları, reproduktiv sistemi pozur, uşaqların inkişafını ləngidir, immuniteti zəiflədir. Nəticədə müxtəlif şişlər yaranır.
Bunlara yol verməmək üçün daha organik, az qatqılı vsitələr almalı, bu vasitələrlə yuduqdan sonra otaqları havalandırmalı, pəncərələri açıq qoymalı, ekoloji vasitələrdən istifadə etməli. Uşaqların otağını və əşyalarını daha təmiz vasitələrlə yumalı, ya da dədə baba qaydası ilə soda, duz, sabun, sirkə kimi vasitələrdən istifadə etməli.
Ətirli qoxular - şamlar, ev təmizləyicilər
Ətirləndirilmiş şamlar, otaq havasını ətirləndirənlər, müxtəlif dadlı, şirin, xoş qoxulu vasitələr alıcılara elə təqdim olunur ki, sanki onlarsız həyat olmaz. Amma bu vasitələrdə qurğuşun var. Ətirli şam yandıqda, qurğuşun konstrasiyası normanı keçir və təhlükəli həddə çatır. Bəzən bu şamlar havaya toksiki qaz olan formaldegid buraxır. Ətirli buxur və şamların tüstüsündə isə benzol var.
Alimlər ümumiyyətlə belə vasitələrin alınıb istifadəsini məsləhət görmür. Onlar astma, bronxit, dermatit, bəzi genetik mutasiyalar yarada bilir. Evi ətirləndirmək üçün təbii efir yağları və aromalampadan istifadə etməyi, təmiz mum şam alıb ona ətirli meyvə suyu çəkib yandırmağı daha sağlam hesab edir.
Otaq bitkiləri
Bəzi dibçək bitkiləri zəhərli, toksiki ola bilər. Onlardan buxarlanan maddələr baş ağrısı, zəhərlənmə verir, ürəyin işinə təsir edir. Oleandr adlı birkini evdə saxlamayın. Elə bitkilər də var ki, yataq otağında olduqda astma bronxit əlamətlərini kəskinləşdirir. Bir çox bitkilərə əlcəksiz qulluq etməyin, sonra əllərinizi yuyun. Ümumiyyətlə, hər gözünüzə xoş gələn bitkini evə daşımayın.
Kif
Hər evdə hansısa küncdə,dolab arxasında, santexnika olan yerlərdə kif göbələkləri inkişaf edir. Rütubət, nəm çox olan yerlərdə isə kif norma həddini keçir. Təmizlədikcə yenə yaranır. Kif allergiya, gözlərdə qaşınma, boğazda qıcıqlanma, öskürək, dəridə qızartı verə bilər. Əgər ailə üzvlərindən biri iloyu allergiya, öskürəkdən əziyyət çəkirsə, deməli, problem bədəndə yox, evdə, yəni kifdə və tozdadır. İmmun defisiti və xroniki ağciyər xəstəlikləri olan xəstələr üçün kif çox təhlükəlidir. Hər nəfəs aldıqca kifdən qaynaqlanan zərrəciklər ağciyərlərə gedir.
Vanna otağı, mətbəxdə kif yaranan yerlərin quruluğunu təmin etmək, ayda bir dəfə baxmaq, təmizləmək. Su borularının axmasının qarşısını almaq. Otaq havasını quru saxlamaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 898   Tarix: 17 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

toy makiyajlari adlarin menasi sade makiyaj sekilleri testlər qadın və təhsil mede tursusu əlibala hacızadə kosmetika qızlıq pərdəsi nagillar sanamalar seksual sevgi