Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var

Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə varSon illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir.
Milli.Az xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi öz funksiyasını ideal şəkildə yerinə yetirə bilmir. Buna görə də bu kateqoriyaya daxil olan uşaqlar 5 yaşıa kimi risk qrupuna aid edilirlər. Digər həmyaşıdları ilə müqayisədə onların xəstələnmək ehtimalı ikiqat yüksəkdir.
Uşaq xəstəlikləri üzrə uzman doktor Reyhan Tamer bildirib ki, erkən doğum nəticəsində dünyaya gələn uşaqların valideynləri xüsusilə diqqətli olmalıdırlar. Həkimin sözlərinə görə, belə uşaqların orqanizmi həssas olduğu üçün onlar həmyaşıdlarından daha tez virusa yoluxurlar. "Erkən doğulan uşaqların ən azı 5 yaşı tamam olana kimi qripə yoluxmuş şəxslərlə ünsiyyəti yolverilməzdir", - həkim deyib.
Mütəxəssis siqaret çəkən valideynlərin azyaşlı övladlarının səhhəti üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, valideynlərin balkonda siqaret çəkməsi təhlükəni tamamilə ortadan qaldırmır: "Siqaretin qoxusu paltara hopur və ünsiyyət zamanı uşaqlara ötürülür".
Reyhan Tamer təkcə həssas qrupa daxil olan uşaqların deyil, hətta sağlam uşaqların da qələbəlik olan məclislərdə iştirakını məqsədəuyğun saymır: "Qış aylarında xəstəliklər daha da artır. Məclislərdə yanaşı əyləşdiyimiz adamların hansı virusun daşıyıcısı olduğunu bilmirik. Uşaqların yad insanlarla təmasına məhdudiyyət qoyulmalıdır. Üç-yüz, bəzən beş yüz, yeddi yüz qonağın bir araya gəldiyi şadlıq evləri uşaqlar üçün təhlükəli məkan sayılır".
Mütəxəssis valideynlərə azyaşlı övladlarını 3, ən gec 6 aydan bir həkim müayinəsindən keçirməyi tövsiyə edib./Metbuat.az 
Milli.Az

Xəbərlər     Baxılıb: 1262   Tarix: 08 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

reseptler kosmetika mehsullari toy makiyajlari qripdən qorunmaq makiyaj sirləri ariqlamagin asan yollari körpələrin qidalanması kosmetika masturbasiya hakışta mekteb azerbaycan mikayıl abdullayev