Yaşıl çay insan ömrünü uzadır
Çin Tibb Elmləri Akademiyasının alimləri yaşıl çayın insan sağlamlığına müsbət təsir etdiyini bildiriblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çinli alimlər 100 min insan arasında monitorinq apararaq, yaşıl çay istifadəçilərinin böyü əksəriyyətinin infarkt, xərçəng və iflic riskindən uzaq olduqlarını müəyyənləşdiriblər. Alimlərin 7 illik müşahidələri nəticəsində məlum olub ki, yaşıl çaydan mütəmadi istifadə edən şəxslər digərlərindən daha sağlam və uzunömürlüdürlər.
Çin alimi Donqfenq Gu bildirib ki, yaşıl çayın kişilərə müsbət təsiri qadınlarla müqayisədə daha çoxdur. O qeyd edib ki, yaşıl çay ürək-damar sistemində yarana biləcək problemlərin qarşısını alır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir