Yaşlandıqca niyə özünəinam zəifləyir?
Orta yaş dövründə özünə inamın azalması gələcəkdə demensiya riskinin artması ilə əlaqəlidir. Bu nəticəyə London Universitet Kollecinin alimləri gəlib. Araşdırmanın aparıcı müəllifi Filip Frank bu barədə Independent nəşrinə açıqlama verib.
Milli.Az xəbər verir ki, tədqiqat Böyük Britaniyada həyata keçirilən Whitehall II uzunmüddətli araşdırmasının 5 811 iştirakçısının məlumatlarının təhlilinə əsaslanıb. İştirakçılar illər ərzində həm fiziki, həm də psixi sağlamlıqları barədə geniş məlumat təqdim ediblər.
Araşdırmaya görə, orta yaşda həyat çətinliklərinin öhdəsindən gələ bilmədiyini düşünən şəxslərdə demensiya riski təxminən 50 faiz daha yüksək olub. Eyni zamanda emosional uzaqlaşma, insanlara qarşı isti hisslərin azalması, davamlı stress və şəxsi fəaliyyətindən narazılıq da risk faktorları kimi müəyyən edilib. Hətta diqqətin cəmlənməsində subyektiv çətinliklər belə yaşlılıqda demensiya ehtimalının artması ilə əlaqələndirilib.
Filip Frank bildirib ki, bu əlamətlər tez-tez depressiya ilə müşayiət olunsa da, tədqiqatda depressiyanın özü birbaşa demensiya riski ilə əlaqəli çıxmayıb. Bu isə klinik diaqnozdan çox, beyində erkən və gizli gedən emosional və koqnitiv dəyişikliklərin həlledici rol oynadığını göstərir.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO