Yaşlanmağa qarşı maska
Yaşlandıqca dərinin elastikliyini qoruyaraq qırışları önləyən kollagen və elastin komponentlərinin istehsalı azalmağa başlayır.
Milli.Az axşam.az-a istinadən bu mövzuda edilən araşdırmalar dərinin sağlam görünməsini təmin edən komponentlərin istehsalının 20 yaşından etibarən hər il 1% azaldığını söyləyir.
Düzgün qidalanmadığınız zaman və dərinizə mütəmadi olaraq qulluq etmədikdə qırışlarınız erkən yaşda artmağa başlayacaq.
Bunun qarşısını almaq üçün isə ev şəraitində aloe vera və xiyardan hazırlanan maskanı təqdim edirik:
100 qram aloe vera jelini və 1 ədəd rəndələnmiş xiyarı qarışdırın və üzərinə məhlul halına gələnə kimi su əlavə edin. Maskanı üzünüzə çəkin və gecə boyu saxlayın. Səhər isə ilıq su ilə durulayın.
Aloe veranın tərkibində dərini nəmli saxlamaq üçün lazımlı aminoturşular yer alır. Xiyar isə bol su və vitaminlərlə zəngin olması səbəbi ilə zərər görmüş dərini bərpa edir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir