Yaşlanmaq tarix olacaq - Bunları hər gün edin

Yaşlanmaq tarix olacaq - Bunları hər gün edinQırışlar, incə xətlər, tünd ləkələr qocalmanın ən bariz əlamətləridir. Xüsusilə göz ətrafınızdakı cizgilər yaşınızı göstərir. Gənc bir dəriyə sahib olmaq istəyirsinizsə, hər gün riayət etməli olduğunuz bəzi addımlar var. Müntəzəm dəriyə qulluq etməklə, erkən qocalmanı dayandıra bilərsiniz. 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, istənilən yaşda gənc dəriyə sahib olmaq dərinizə uyğun məhsulları nizamlı şəkildə istifadə etməlisiniz. 
Dəri təmizliyi 
Dərinin təmizlənməsi dəriyə qulluğun əsas mərhələsidir. Dərinizin səthində hər gün kir, yağ və makiyaj qalıqları toplanır. Bunun qarşısını almaq üçün dəri tipinizə uyğun təmizləyicilərlə dərinizi silməlisiniz. Səhər və axşam ilıq su ilə dərini yumalısınız. 
Toniklər ilə məsamələri sıxlaşdırın 
Dərinizi dərindən təmizləmək üçün təmizləyici gel və ya köpükdən istifadə etmək kifayət deyil. Dərinin təmizlənməsi mərhələsindən sonra mütləq məsamələrinizi tonik köməyi ilə silməlisiniz. Bu prosesdə alkoqolsuz və dərini sakitləşdirən toniklər məsləhətdir. 
Serum ilə dəstək 
Dəriyə qulluq serumları yaşlanma əleyhinə müalicələr üçün əvəzolunmazdır. Dərini gücləndirmək, yumşaltmaq və qidalandırmaq üçün ən təsirli üsullardan biri dəri serumlarından istifadə etməkdir. Dəri serumları dərini bərpa edir və hüceyrələrin yenilənməsini dəstəkləyir. Dərini çox tez nəmləndirir. Qırışların və incə xətlərin yaranmasının qarşısını alır. Dəriyə parlaq bir görünüş verir. Dərinizi hər gün təmizləyib tonladıqdan sonra təsirli dəri serumu ilə dərinizi masaj etməyi unutmayın.
Göz kremini unutmayın 
Göz ətrafındakı xətlər yaşınızı dərhal ortaya çıxardır. Gözün zərif hissəsinə qarşı qulluğa laqeyd yanaşmamalısınız. Bunun üçün mövcud olan göz kremlərə qarşı diqqətcil olmalısınız. Bu barədə təbii metod axtarırsınızsa, göz ətrafınız üçün xiyar və ya yaşıl çaydan istifadə edə bilərsiniz.
Nəmləndirici
Yaşlanma əleyhinə gündəlik dəriyə qulluğun son mərhələsi nəmləndiricidən istifadə etməkdir. Nəmləndiricilər qırışların yaranmasının qarşısını alır, dərini qidalandırır, bərpa edir və elastikliyini qoruyur. Unutmayın ki, quru dəri daha tez qırışır. Ancaq bir nəmləndirici istifadə edərək dərinizin qocalmasının qarşısını ala bilərsiniz.
Qeyd edək ki, nəmləndirici kreminizi dəri tipinizə uyğun seçdiyinizə əmin olun.
Günəş kremsiz çölə çıxmayın 
Dərinizi günəş şüalarının zərərli təsirlərindən qorumadığınız zaman çox tez quruyacaq və qırışlar yaranacaq. Günəşdən dəriyə müxtəlif ləkələr də düşə bilər. Bunun üçün mütləq SPF-li kremlərinizi yanınızdan ayırmayın. Günəş kremini yalnız yayda yox, bütün fəsillərdə istifadə etmək lazımdır. Bu kremləri həmişə çölə çıxmazdan 15-20 dəqiqə əvvəl çəkin. 
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1034   Tarix: 05 aprel 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloj

.

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Kofein bəzi hallarda miqren ağrılarını yüngülləşdirə bilər. Mütəxəssislərin fikrincə, qəhvə və bəzi qazlı içkilərin tərkibində olan kofein müəyyən hallarda miqren tutmalarının şiddətinin azalmasına kömək edir. Nevroloq Kseniy

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari hamilelikde qidalanma goyemin faydasi resept xina ucun hakistalar korpenin cekisi kosmetika xanim.az səməd vurğun şirin qoğal sekisler bahar