Yaşlılar niyə isti geyinir?

Yaşlılar niyə isti geyinir?Yaşlı nəslin nümayəndələrinin bir neçə qat paltar geyinmələrini, tez-tez üşüdüklərini yəqin ki, hamınız müşahidə etmisiz. Qalın geyinmə istəyinə hava xüsusi rol oynamır, çoxları, hətta ilin isti fəslində də papaq, şal, corab və digər atributlardan istifadə edir. İllər ötdükcə insan orqanizmində maddələr mübadiləsi ləngiyir. Yaşlılarda qan damarları tutulur, qan qatılaşır və ətrafdakı xırda kapilyarlara pis çatır, ətraflar lazımınca isinmir.
Adama elə gəlir ki, əvvəl ayaqları üşüyür və onları isti saxlamağa çalışır. Sonra bu hissiy­yat yuxarı qalxır, bel isti şala bükülür, canlıq geyinilir.
Yaşlıların çoxu artrit və revmatizmdən əziyyət çəkir, hava azca soyuyan kimi oynaqlar sızıldayır.
Milli.Az "Ailə Həkimi"nə istinadən bildirir ki, artrit infeksiya, immun sistemi pozun­tuları, maddələr mübadiləsinin pozulması ilə təhrik olunan xəstəlikdir. Artritin əsas əlaməti iltihab prosesidir: şişkinlik, qızartı və zədələnmiş oynaq nahiyyəsində istilik hissi.
Revmatizm sistemli infeksion-allergik xəstəlik olaraq, əsasən, ürək-damar sistemi və oynaqların, eləcə də, daxili orqanların və mərkəzi sinir sisteminin birləşdirici toxumasını zədələyir.
Daha bir vacib amil əzələ kütləsinin azalmasıdır ki, bu səbəbdən titrəmək zəif alınır. Titrəmədən isinmək də mümkün olmur. Yaşlandıqca iştaha azalır, yaşlılar az yeyir, bu isə enerji və istilik hasilatını azaldır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 985   Tarix: 13 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gelinlikler yaz geyimleri 2026 qadindunyasi.az valideynlərə məsləhət xəyanət dondurma kosmetika irem derici dostluq kahfe falı qadin.az zəhmət