Yata bilmirsiniz?

Yata bilmirsiniz?Yata bilmirsiniz? Sizdə əzələ qıcolmaları və ya stress var? Maqnium sizin bu problemlərinizi aradan qaldıracaq, yuxusuzluq, stress, narahatçılıq və iltihabi problemlərdən azad olacaqsınız. Maqnium optimal sağlamlıq və bioloji funksiyaların həyata keçməsi üçün vacıb olan elementdir. Orqanizmdəki bioloji funksiyaları yerinə yetirmək üçün 300-dən çox ferment lazımdır. Bu fermentlər biokimyəvi prosesslərin həyata keçməsi üçün çox vacibdir və metobolik funksiyaları normallaşdırır. Bu funksiyalara aiddir:
*Sümüklərin və dişlərin formalaşması
*Qanda şəkərin və insulin həssaslığının normallaşması
*Adenozintrifosfatın yaranması(ATF)
*Qan damarlarının relaksı
*Əzələ və sinirlərin funksiyası.
Maqnium çatışmazlığı sağlamlığa ciddi zərər verir. Maqnium hüceyrələrinin çatışmazlığı metobolik funksiyaların zəifləməsinə və sağlamlıqla əlaqədar problemlərin meydana çıxmasına səbəb olur. Maqnium çatışmazlığı həyəcana, stresə, baş ağrılarına, miqrenə, ürək-damar xəstəliklərinə, fibromialgiyaya və ölümcül hallara səbəb ola bilir. Maqnium orqanizmin qlutasiondan başqa bütün detoksikasiya proseslərinə nəzarət edir. Maqnium mitoxundrinin optimallaşması üçün lazmdır. Bu isə xərçəngin profilaktikası, ümumi fiziki gücün və enerjinin effektliyi üçün vacibdir.
Mitoxondrinin sağlamlığı üçün maqniumun vacibliyi.
Mitoxondrin hüceyrələrdə olan bir maddədir. Orqanlarda enerjinin, ATF-in normal işləməsi üçün mitoxundrinə ehtiyac var. Sağlam fiziki iş görmək üçün və xəstəliyin profilaktikasında mitoxondrinin rolu böyükdür.
Mitoxondrinal araşdırmalar üzrə fəlsəfə Doktoru Ronda Patrik orqanizmin sağalmalığında mitoxondrinin böyük rolu olduğunu qeyd edir. Onun araşdırmaları mitoxondrinin hüceyrədaxili enerji əmələ gətirmək qabiliyyətinin olduğunu sübut edib.
Orqanizmin təlabatını ödəmək üçün nə qədər maqnium lazımdır?
Yüz il əvvəl insanların gündəlik qidasında 500 mq-a yaxın maqnium olub. Bu onların qəbul etdikləri qidaların zəngin torpaqlarda yetişdiyi üçün olub. İndi isə insanlar gün ərzində qəbul etdikləri qida ilə 150-300 mq maqnium qəbul edirlər. Mütəxəssislərin hesablamaları gün ərzində oprqanizm üçün 310-420 mq maqnium lazım olduğunu söyləyirlər. Bəzi mütəxəssislər isə optimal sağlamlıq üçün gün ərzində 600-900 mq maqnium lazım olduğunu söyləyirlər.
Doktor Karolin Din bağırsaq reaksiyasından marker kimi istifadə edərək gündəlik dozanı tapmağın yolunu göstərib. O gün ərzində 200 mq ispanaq yeməklə tədricən onun miqdarını artırıb, orqanizmin maqniuma olan tələbatını ödəməyi məsləhət bilir. Bu miqdar bağısaq möhtəviyyatını yumşaldıb ishal baş verənə qədər davam etməlidir. Maqnium əvəzinə əlavə kimi trenat maqnium da qəbul etmək ən yaxşı variantlardan hesab olunur.
Risk faktorları, əlamətləri və maqnium çatlşmazlığının simpotomları.
Tərkibində maqnium olmayan qidalar qəbul etmək maqnium çatışmazlığına səbəb olur. Maqnium əsasən xlorofil molekullarında olduğuna görə gün ərzində göyərti yeyən adamın maqnium ehtiyacı nisbətən bərpa olunur.
Bəzi tərkibli dərmanların qəbulu zaman da orqanizmdə maqnium çatışmazlığı meydana çıxır(ftorid, statinlər, antibiotiklər). Uzun müddət stress altında olmaq, spirtli içki qəbul etmək də maqniumun azalmasına səbəb ola bilir. Maqnium çatışmazlığı özünü əzələ spazmları, miqren, baş ağrıları, zəiflik, ürəkbulanma, iştahanın azalması, baş hərlənmə, ürək ritmlərinin pozulması, koronar spazmlar və xasiyyətin dəyişməsi əlamətləri ilə biruzə verir.
Hansı qidaların tərkibi maqniumla zəngindir?
Maqniumun çox olması tərəvəzin tünd yaşıl rəngdə olmasından asılıdır. Göyərti şirəsi işmək maqnim çatışmazlığınlı aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biridir. Aşağıdakı bitkilərin yarpaqlarında maqnium çoxdur:
- Yaşıl kələm yarpaqları
- Çuğundur yarpaqları
- İsveç manqoldu
- Xiyar yarpağı
- Brüssel kələmi
- Brokkli kələmi
- İspanaq
Maqniumla zəngin olan digər qidalar:
- kakao tozu,
- avokado,
- meyvə və tərəvəzlər,
- ləpələr və qozlar,
- bitkilər və ədviyyatlar(cəfəri, acı bibər toxumu, fenxel, cirə).
Maqnium əlavəsi qəbul edərkən onu K2 və D vitaminləri ilə kompensasiya etmək lazımdır. Qida əlavəsi qəbul edərkən onların orqanizmdə bir-biri ilə qarşılıqlı təsirini də araşdırmaq lazımdır. Məsələn, K2, D və maqnium disbalansının pozulması insult riskinin artmasına səbəb olur.
Ən yaxşı hal kalsium və maqniumun 1: 1 nisbətində balanslaşmasıdır. Qəbul etdiyiniz kalsiumun miqdarı normadan 2 dəfə çox olarsa o zaman kalsiumlu qidaları rasiondan çıxrmaq lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1087   Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim dəbləri toy makiyajlari toy gecesi maskaların hazırlanması qoç bürcü zaur gunay burc xelife kosmetika salam burclerin uygunlugu masturbasiya prostat efsane