"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib.
Onun sözlərinə görə, buna erkən diaqnostika və fərdiləşdirilmiş terapiya sayəsində nail olmaq mümkün olacaq:
"Bu gün dərman preparatlarının əksəriyyəti kifayət qədər sadə prinsiplərlə, XX əsrin məntiqi əsasında hazırlanıb: onlar kömək edir, lakin hər zaman xəstəliyin səbəbini dəqiq hədəf ala bilmir. Bu yanaşmanı problemin kökünə daha yaxın müdaxilə edən və eyni zamanda daha az yan təsirə malik dəqiq və ağıllı texnologiyalarla əvəz etmək mümkündür".
Mütəxəssis qeyd edib ki, müasir texnologiyalar xəstəlikləri daha erkən mərhələdə aşkar etməyə və hər bir xəstə üçün fərdi dərman preparatları hazırlamağa imkan verir. Onun fikrincə, bu yanaşma müalicə sistemini köklü şəkildə dəyişə bilər.
Milli.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı