Yayda necə yatmalıyıq?
"Yayda yuxu ilə bağlı problemlər otaqdakı temperaturdan qaynaqlana bilər".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı somnoloq-nevroloq Yelena Tsareva yayda düzgün yuxu rejimindən danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, isti mövsümdə, havasızlıq səbəbindən, həmçinin istilik mübadiləsi otaqdakı temperatura uyğun gəlmirsə, yuxuya getmək daha çətindir.
"Bu halda havanı ən azı +21°C-yə qədər soyutmaq üçün bir yol tapmaq lazımdır. Yuxuya getmək üçün tövsiyə olunan temperatur diapazonu +18-21°C-dir. Buna görə də, kondisionerdən istifadə edilərsə, onu gecə +21°C-yə qoymaq olar", - deyə Tsareva qeyd edib.
O əlavə edib ki, iş günündən sonra istirahət rejiminə keçmək, həmçinin fiziki fəaliyyətdən, yeməkdən və spirtdən imtina etmək məsləhətdir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi