Yayda yaranan allergiyalardan biri: Vaxtı keşmiş Günəş kremlərinə diqqət!

Yayda yaranan allergiyalardan biri: Vaxtı keşmiş Günəş kremlərinə diqqət!Vaxtı keçmiş Günəş kremləri dəridə bir sıra problemlərə səbəb olur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyənin Allergiya və Kliniki İmmunologiya Cəmiyyətinin rəhbəri, professor Bülent Şekerel yerli mediaya Günəş allergiyaları haqda açıqlamasında deyib ki, istifadə müddəti keçmiş kremlər də dəridə qızartı, qaşınma və yanma kimi allergik reaksiyalara səbəb olur. Onun sözlərinə görə, yayda baş verən allergiyaların səbəblərindən biri də budur.
Professor bildirib ki, Günəş allergiyası hər yaşda rast gəlinə bilən problemdir. Günəş allergiyası zamanı bədənin uzun zaman Günəş şüalarına məruz qalan hissələrində dəridə qızarma, qaşınma, soyulma, dəri rəngində dəyişiklik  yaranır, iynə batma kimi hiss olur.
Onun sözlərinə görə, gizli inkişaf edən bir sıra xəstəliklər, eləcə də yüksək təzyiqlə bağlı qəbul olunan dərmanlar Günəş allergiyasının yaranmasına səbəb ola bilir. Həkim bildirib ki, dəridə baş verən allergik reaksiyanın qarşısını birbaşa dəriyə tətbiq olunan dərmanlar (kremlər) və həblərdən istifadə etməklə almaq olar.
O, Günəş kremi istifadə edən zaman hər şeydən əvvəl onun istifadə tarixinə diqqət olunmasını tövsiyə edib. Mütəxəssis qeyd edib ki, Günəş kremi çəkiləndən bir qədər sonra krem çəkilən bölgədə yaranan qızarma, yanma, qaşınma, qabarma kimi əlamətlər olduğu halda həmin yeri bol su ilə yumaq, dərini kremdən təmizləmək lazımdır. Allergiya şiddətlənərsə, o zaman həkim məsləhəti ilə tədbir görülməli, dərman qəbul olunmalıdır.
Mütəxəssis deyib ki, bu, müalicə olunmadığı halda günlərlə davam edə bilən bir allergiya növüdür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1597   Tarix: 09 avqust 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sade makiyaj sekilleri geyim seçimi qadin dunyasi arıqlamaq dietası qirmizi uzun donlar badimcan tursusu hazirlanmasi sağlamlıq xəbərləri kosmetika oğlaq turpun nağlı xerçeng toyuq salati vetene aid bayatilar