Yaz fəslində immun sistemin qayğısına qalın!

Yaz fəslində immun sistemin qayğısına qalın!Fəsildən asılı olmayaraq orqanizmin müdafiə sistemi - immun sistem daim fəaliyyətdədir. Çünki hər an  insan virus, bakteriya, göbələk, bir sözlə müxtəlif mikrobların hücumuna məruz qalır. Yazın gəlişi insanlara ilk istiliyi gətirməklə yanaşı, həm də immun sistemin zəifləməsi ilə xarakterizə olunur. İmmun sistemin ümumi zəifləməsinə birbaşa və ya dolayı təsir edən amillər var. Qış fəslində orqanizm yay-payiz aylarında topladığı öz  təbii resursları sayəsində fəaliyyət göstərir, bu vaxtlar  sürətli yayılan  KRVİ və qrip viruslarına qarşı immun sistem daha çox çalışmalı olur. Həmçinin, qışın sonunda orqanizmdə yaranan vitamin və mineral defisiti immun sisteminin tükənməsinə səbəb olur. Ətraf mühitin aşağı temperaturu,  virus infeksiyaları, qidanın tərkibində vitamin və mineralların gündəlik tələbata uyğun olmaması,  günəş süasının azlığı orqanizmin immun müdafiəsini azaldır. Yazda  çoxları bunu, virus infeksiyalarına yoluxma, xroniki xəstəliklərin şiddətlənməsi, yuxululuq, depressiya, yorğunluq kimi hiss edirlər. Məhz fəsillərlər arası dövrdə tez-tez tənəffüs və bağırsaq sistemi xəstəliklərində  artım olur. Epidemioloqlar qeyd edirlər ki, havanın temperaturunun gün ərzində mənfi müsbət dərəcələr arasında kəskin dəyişməsi zamanı, bir də qar əriyən dövrdə viruslar daha sürətli yayılır.
İmmun sistem patogen mikroorqanizmlərin orqanizmə daxil olmasına imkan verməyən görünməz qoruyucu bir mane olub, onlarla mübarizə aparır. Buna görə yaz fəslində aktivləşən müxtəlif virus və bakteriyalardan qorunmaq üçün  immun sistemə köməklik etmək vacibdir.
Yazda fiziki aktivliyi bərpa etmək və immun sistemi möhkəmləndirmək üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:
- Gərginlikdən və stresdən uzaq olmaq. Həm böyüklər, həm də uşaqlar gündəlik rejimə diqqət etməlidirlər: eyni vaxtda  yuxudan durmaq, normal qidalanmaq, kompüterdən minimum istifadə etmək, axşam yeməyini vaxtında yemək, nomal yuxu vacibdir.
-Fiziki aktivlik. Təmiz havada gəzmək, fitneslə, üzgüçülüklə məşğul olmaq, velosiped sürmək, aerobika, rəqs və s.
-Düzgün qidalanmaq . İmmun sisteminin inkişafında və fəaliyyətində əsas rol  bağırsaq mikroflorasına aiddir. Çünki immun hüceyrələrin 70% -dən çoxu həzm sistemində cəmlənmişdir. Odur ki,  bağırsaq mikroflorasını qorumaq vacibdir, bədənimizin bu "kiçik sakinləri"  orqanizmin böyük müdafiəçiləridir.  Orqanizmə daxil olan xəstəlik törədən  mikrobları zərərsizləşdirirlər. Bu məqsədlə  lif tərkibli qidalara ( o cümlədən inulin, fruktoliqosaxarid tərkibli qida əlavələri), qatıq, yoqurt kimi süd məhsullarına üstünlük vermək lazımdır.  Meyvə- tərəvəzlərdən daha  çox istifadə olunmalı, şirniyyatın miqdarı azaldılmalıdır, qazsız, adi su içmək tövsiyə olunur. Zülalların, yağların və karbohidratların balansına nəzarət etmək və  gün ərzində 3- 4 dəfə qidalanmaq lazımdır.
-İmmun sistemi qüvvətləndirmək məqsədilə isə vitamin və mineralların qəbulu zəruridir. Yaz fəslində qida məhsulları ilə günlük tələbata uyğun vitaminlərin qəbul olunmaması vitamin və mineral qəbuluna ehtiyac yaradır. Xüsusən,  C vitamini və sink yazda immun sistemi möhkəmləndirməyə, virus və bakteriyalarla mübarizə etməyə kömək edəcəkdir. Buna görə də yaz fəslində tərkbində  C vitamini və sink olan vasitələrin qəbulu tövsiyyə olunur.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1607   Tarix: 30 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Üst tənəffüs yolları infeksiyalarının artdığı bu dövrdə mütəxəssislər toyuq şorbasının tərkibindəki sistein amin turşusunun bəlğəmi durulaşdıran və tənəffüs yollarını rahatladan təsirinə diqqət çəkiblər.  xəbər verir ki

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı

Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskinin azalmasına kömək edə bilər. xəbər verir ki, bu barədə Rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko bildirib. Onun sözlərinə görə, sardina "Omeqa-3"

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

turlar.az

yay kolleksiyasi aksessuarlar hamiləlik makaronlar sinir sistemi qadın körpə gəzintidə kosmetika sekisler brusell bakteriyası öpüşme azerbaycanli is adami amerikada gullelendi kondom nedir