Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTO

Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOHər il 1,3 milyard tona yaxın ərzaq zibil qutularına atılır və onların böyük hissəsi zibil poliqonlarına gedib çıxır. Bu, nəinki ətraf mühitə ziyan vurur, eyni zamanda, iqlim dəyişməsinə də mənfi təsir göstərir.
Hazırda planetimizdə təxminən 820 milyonu aclıq çəkir.
Nyu-Yorklu aşpaz Max La Manna hesab edir ki, bu ağılsız israfçılıq insanlığın qarşısında duran əsas problemlərdən biridir.
Hətta Manna bu haqda "Daha çox bitki, daha az zibil" ("More Plants, Less Waste") adlı kitab da yazıb.
Milli.Az bildirir ki, O, BBC-yə müsahibəsində hər birimizin bu problemlə bağlı nə iş görə biləcəyini deyib.
"Atam aşpaz olduğu üçün yemək hələ uşaqlıqdan həyatımın vacib hissəsi olub. Valideynlərim mənə yeməyi atmamağı öyrədiblər", - o vurğulayır.
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYemək israfı insanlığın qaşısında duran əsas problemlərindən biridir. Ərzağın təxminən üçdə biri ya sahələrdə çürüyür, ya da zibilə atılır.
Amma israf edilən təkcə yemək deyil. Pul, su, enerji, torpaq və nəqliyyat da boşuna sərf edilir.
Siz yemək atırsınızsa, bu, iqlimin dəyişməsinə də təsir edir, çünki tullantıların böyük hissəsi poliqona atılır və orada çürüyərək atmosferə metan qazı buraxır.
Bütün ərzaq məhsullarını müstəqil bir ölkə kimi təsəvvür etsək, istixana qazlarının həcmi baxımından ABŞ və Çindən sonra üçüncü yeri tutar.
Amma siz bununla mübarizə apara bilərsiz.
Düzgün alış-veriş edin
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOİnsanların böyük əksəriyyəti həddindən artıq çox ərzaq alır
Biz əksər hallarda lazım olduğundan daha çox ərzaq alırıq.
Mağazaya getməzdən əvvəl bizə olan ərzaqların siyahısını tutmaq və artıq şeylər almamaq lazımdır.
Bundan başqa, yalnız aldığınız ərzaqları tam işlədib qurtarandan sonra təkrar mağazaya getməlisiniz.
Ərzaqları necə saxlamaq lazımdır?
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOƏrzağı saxlama qaydalarına əməl etməyəndə, o, tez xarab olur.
Çox adam hansı ərzaqları soyuducuya qoymaq lazım gəldiyini bilmir. Nəticədə meyvə və tərəvəzlər çürüməyə başlayır və sonra da zibil yeşiyinə atılır.
Kartof, soğan, pomidor, sarımsaq və xiyarı soyuducuya yığmağa ehtiyac yoxdur, onları otaq temperaturunda da yaxşı qalır.
Göyərtini isə su dolu qabda saxlamaq olar.
Üst-üstə aldığınız çörəyin artığını dondurucuya qoyun.
Supermarketdə və ya hər hansı başqa mağazada görünüşü çox gözəl olmayan, ancaq dadı digərlərindən heç də fərqlənməyən meyvə və tərəvəzləri alın. Ancaq çox adam görünüşə önəm verdiyi üçün onlar satılmamış qalır və zibilə atılır.
Və əgər imkanınız varsa, təzə meyvələri fermerlərdən və ya yarmarkalardan alın.
Yeməyin qalanını soyuducuya qoyun
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYeməyin artığı da faydalıdır.
Tez-tez yemək bişirirsizinizsə və həmişə artıq yeməyiniz qalırsa, həftənin bir gününü ayırıb onları soyuducudan çıxarın - ya o şəkildə yeyin, ya da onlardan yeni bir yemək hazırlayın.
Beləcə qalıq yeməklər zibilə atılmaz və siz həm vaxtınıza, həm də pulunuza qənaət etmiş olarsız.
Dondurucunu unutmayın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOMeyvə-tərəvəzi və əti dondurucuda uzun müddət saxlamaq olar
Ən yaxşısı ərzağı dondurucuda saxlamaqdır.
Məsələn, yumşalaraq salat üçün yararsız hala gəlmiş tərəvəzləri dondurmaq, sonra da onlardan kokteyl və ya başqa bir şey hazırlamaq olar.
Göyərtiniz çoxdursa, buz qabına yerləşdirib üstünə su tökün və dondurucuya qoyun. Sonra onları ya qızarda, ya da başqa bir yeməkdə istifadə edə bilərsiniz.
İstənilən yeməyin, hətta şorbanın da qalığını dondurucuya qoymaq olar. Beləcə hər zaman sadəcə qızdırılması lazım gələn hazır yeməyiniz olacaq.
İşə yemək aparın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOƏn dadlı yemək ev yeməyidir
Ofisdən çıxıb iş yoldaşlarınızla nahar yeməyinə getmək xoşdur, xüsusilə də çox bəyəndiyiniz bir restorana. Amma bu, əlavə xərc və yemək israfı deməkdir.
Ən yaxşısı yeməyi evdən aparmaqdır. Bunun üçün səhərlər nəsə hazırlamağa vaxtınız yoxdursa, dondurucuda qalıb öz vaxtını gözləyən yeməklərdən birini götürün.
Bulyonlar hazırlayın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYemək artıqlarından bulyon hazırlamaq olar.
Tərəvəzləri və istifadə edilmədən qalmış hər nə varsa, hamısını qızardın və ya isidin. Ardınca qazana qoyub zeytun və ya kərə yağı əlavə edib, su və sevdiyiniz ədvaları da tökməklə vam odda bişirin.
Sonra da öz yaradıcılığınızdan zövq alın.
Gübrə hazırlayın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOGübrə ərzaq artıqlarından ekologiyaya və təbiətə ziyan vurmadan xilas olmaq üçün çox yaxşı üsuldur.
Bunu evin baxçasında etmək daha rahatdır, amma hamı həyəti olan evdə yaşamır. Bununla belə, gübrəni adi şəhər mənzilində də hazırlamaq mümkündür. O, otaq bitkilərinin inkişafı üçün əla vasitədir.
Addım-addım irəliləyin
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYeyinti artıqlarını azaltmağın yolları çoxdur və bunu hər birimiz edə bilərik.
Ailənizin gün ərzində nə qədər ərzaq atdığı barədə düşünsəniz, situasiyanı yaxşılığa doğru dəyişə bilərsiz və çox qiymətli təbii resursların qorunmasına öz töhfənizi vermiş olarsız.
Ərzaq alış-verişinə, onları hazırlama və istifadə vərdişlərinizə minimum dəyişikliklər etməniz belə ətraf mühiti müdafiəyə kömək edər. Bu, heç də mürəkkəb məsələ deyil.
Çox az əmək sərf etməklə, siz zibilə atdığınız yeməyin, sərf etdiyiniz pulun və zamanın miqdarını xeyli dərəcədə azalda və təbiətə kömək etmiş olarsız.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1569   Tarix: 05 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

reseptler qis geyimləri 2026 yaz geyimleri 2026 haxışta bürc uyğunluğu kecellesme paltar olmaq kosmetika qaynana kəlamlar terezi novruz rus dilin nece orenek