Yeməyi tez-tez yemək və böyük tikələr zərərlidir

Yeməyi tez-tez yemək və böyük tikələr zərərlidirYemək istehlak etmək müddəti, ən az çəki və sağlamlıq üçün uyğun qida seçmək qədər vacibdir.
Kalori qəbulu yeməyi istehlak etdiyiniz sürətə görə dəyişir. Bundan əlavə, yeməyi istehlak etdiyiniz müddət qidaların həzmində mühüm rol oynayır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ağzınıza atdığınız ilk qida artıq bununla bağlı beyninizə siqnal ötürür. Beyin bədəni stimullaşdırır və həzm prosesi üçün hazırlayır. Yeməyi istehlak etmək və çeynəmək üçün kifayət qədər vaxt sərf etsəniz, bədən həzm üçün özünü hazırlayacaqdır.
Ancaq sürətlə yediyiniz zaman bədən buna uyğunlaşmaqda çətinlik çəkir, özünü lazımi səviyyədə hazırlaya bilmir. Bu isə həddindən artıq çəki artımı, mədə ağrısı, xora kimi sağlamlıq problemləri ilə qarşılaşmağınıza səbəb olur.
İştah və kalori qəbulu əsasən hormonlar tərəfindən idarə olunur. Yeməkdən sonra mədə aclıq hissini idarə edən hormon olan qrelini boğur. Qida bağırsağa çatdıqda toxluq hissi verən leptin hormonu ifraz olunur. Bu hormonlar beyinə çatdıqda aclıq hissi azalır. Bunun baş verməsi isə təxminən 20 dəqiqə çəkir. Yemək çox tez yeyildikdə, bu hormonların fəaliyyət göstərməsi üçün kifayət qədər vaxt qalmır və toxluq hissi qəbul edilmir. Qısaca mədə lazımsız yerə artıq qida qəbul etmiş olur. Həmçinin, tez yeyən insanlar yavaş yeyənlərə nisbətən daha çox ac qalırlar. Çünki sürətli yemək yeyən insanlarda toxluq hormonu olan leptin daha qısa müddətə ifraz olunur. Bu da çəki almağa yol açır. Tədqiqatlar göstərir ki, sürətli yeyənlər yavaş istehlak edənlərə nisbətən 2 dəfə daha çox çəki qazanırlar.
Bunun qarşısını almaq üçün qida qəbulu vaxtınızı ən azı 20 dəqiqə təyin etməlisiniz. Yeməyi ağzınızda dad və qoxu hiss edənə qədər təxminən 15-40 dəfə çeynəyin. Maye qidaları isə qısa müddət ağzınızda saxlayıb qurtumla istehlak edin. Bu sayədə yediyiniz yeməklərdən daha çox həzz alacaq və lazımsız istehlakdan qaçacaqsınız.
Yeməyi kiçik parçalar halında istehlak edin. Hər dişləmədən sonra siz qaşığı (çəngəli) yerə qoymalı və növbəti dəfə üçün yenidən götürməlisiniz. Bu, yeməyi tez bitirməməyə kömək edir.
Həmçinin, televizora baxarkən və ya başqa bir işlə məşğul olarkən yemək yeməyin. Bu, diqqətinizi yediyiniz qidadan ayırır və fərqinə varmadan çox yeməyinizə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1131   Tarix: 15 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Arıqlamağa mane olan 3 böyük səhv

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur. -a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib. Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

turlar.az

kosmetoloq geyim və ayaqqabılar kosmetika mehsullari qogal resepti evdarlıq kitabı hüquq və qadın haqları sobada toyuq qizartmasi kosmetika gunay pomidor nağıllar bürclər novruza aid hakista