Yeni koronavirusa yoluxan xəstələr ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıblar
Yapon həkimlərin apardığı araşdırmaların nəticələrinə görə, yeni koronavirusa yoluxmuş ağır vəziyyətdə olan xəstələrin böyük əksəriyyəti ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, bütün ölkə üzrə yeni koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub.
ECMO aparatı ürəyin və ağciyərin fəaliyyətinə kömək edir. İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır.
Araşdırmanın nəticələrinə görə, bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib və daha 12 nəfər hazırda onunla müalicə kursu keçərək sağalmaqdadır.
Həkimlərin bildirdiyinə görə, ECMO aparatı vasitəsilə müalicə xüsusi tibbi vərdişlər tələb edir. Hazırda Yaponiya səhiyyə sisteminin eyni vaxtda 300 nəfərin həmin aparat vasitəsilə müalicə almasına imkan verdiyi də qeyd edilir.
Milli.Az /news.milli.az









Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
Şampun saç tökülməsinə səbəb ola bilər?
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri