YENİ TƏKLİF: "Qız uşağı 18 yaşına çatdıqda..."

YENİ TƏKLİF: "Qız uşağı 18 yaşına çatdıqda..."Hamiləlik zamanı gizlədilən ekstra genital patologiyaların aşkar edilməsi üçün Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası bəzi təkliflər hazırlayıb.
Xanim.az Ailem.az-a istinadən bildirir ki, bunu Respublika Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Baş mama-ginekoloq deyib ki, təkliflər yaxın 10 gün ərzində Səhiyyə Nazirliyinə təqdim ediləcək: "Təkliflər əsasən elektron səhiyyə ilə bağlıdır. Artıq körpə doğulan zaman hansı qüsurların olduğunu biləcəyik. Uşaq poliklinikaya getdiyində sağlamlığı barəsində bütün məlumat registrlərdə yerləşdiriləcək və müalicəsi üçün ixtisaslı mütəxəssislər cəlb ediləcək. Qız uşağı 18 yaşına çatdıqda və ailə qurduqda registrdən onun sağlığı barəsində bütün məlumatları əldə etmək mümkün olacaq".

Sevinc xanım bildirib ki, respublikanın ucqar dağ kəndlərində mama-ginekoloq kadrları çatışmır: "Təklif edirik ki, mamaça olmayan yerlərdəki ailə həkimlərini əlavə mamalıq və antenatal kurslara cəlb edək. Onlar ailə həkimi kimi heç olmasa doğuşu icra edə bilsinlər. Problem olarsa, həmin qadını şəhərə göndərə bilsinlər".

Qızların erkən yaşda ərə getməsindən söz açan baş mama-ginekoloqun sözlərinə görə, 13-14 yaşında menstruasiya görməyən və yumurtalığı yetişməyən qızı ərə vermək onun üçün böyük stress yaşada bilər: "Çünki cinsi əlaqə zamanı uşaq orqanizminin qarşılaşdığı kişi hormonları onun üçün hormonal stress kimi qəbul ediləcək. Nəticədə bir çox metobolik dəyişmələrə və hormonal statuslu dəyişiklərə gətirib çıxaracaq. Bu, düzgün deyil. Təəssüf ki, valideynlər bu yaşda qızlarını ərə verir və bunu gizlədirlər. Qanunvericiliyə əsasən, 18 yaşına qədər qız hamiləlik və ya doğuşla bağlı xəstəxanaya müraciət edirsə, bu barədə polisə məlumat verilir. Ona görə bu nikah halları gizlədilir. Gənc orqanizmin uşağı 9 ay bətnində gəzdirməsi fəlakətdir. Çünki qızın özünün orqanizminin yetişməsi lazımdır. Hazırda respublikada 13-15 yaşlı uşaqların dünyaya uşaq gətirməsi halları aşağıdır. 20 il bundan əvvəl xüsusilə cənub zonasında bu göstəricilər yüksək idi. Aparılan maarifləndirici işlər nəticəsində bu faiz hər il aşağı düşür".

S.Məmmədova əlavə edib ki, yeniyetmə vaxtı hamilə qalan anaların körpələri vaxtından əvvəl yarımçıq doğulur: "Həmin uşaqlar da əksər vaxtlarda tələf olur. Ananın bədəni də tam formalaşmadığı üçün belə hamiləlik zamanı ağır travmalar əmələ gəlir. Bu da onların gələcək həyatında xoşagəlməz hallara səbəb olur".

Xəbərlər     Baxılıb: 2514   Tarix: 09 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəy

.

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikd

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

qadin sayti gözəllik məhsulları qadin dunyasi tük çıxartma vaginal təmizlik qoç bürcü sepkilere qarsi kosmetika birlik haqqinda vetene aid atalar sozu qadin saglamlig tərəzi bürcü yemekler