Yeni virusun əlamətləri nələrdir?
Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.
Milli.Az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu virus əsasən qızdırma və dəridə qızartılarla özünü göstərir.
Pediatr Bahar Cəbrayılova bildirir ki, parvovirus daha çox 5-15 yaş arası uşaqlarda rast gəlinir. Kiçik yaşlı uşaqlarda xəstəliyin əsas simptomları qızdırma, boğaz ağrısı və qaşıntıdır. Daha böyüklərdə isə oynaq ağrıları və baş ağrıları da müşahidə oluna bilər:
"Xəstəliyin ilkin mərhələsində burun axıntısı və qaşıntı yaranır, bir müddət sonra isə uşaqların yanaqlarında "şillə izi"nə bənzər qızartılar meydana çıxır. Müalicə simptomlara yönəlib, qızdırma və qaşıntı aradan qaldırılır. Adətən, bu vəziyyət bir həftə davam edir" - deyə pediatr əlavə edib.
Qeyd edək ki, parvovirusdan qorunmaq üçün panikaya qapılmadan vaxtında tədbir görmək vacibdir. Bu virus ciddi təhlükə yaratmasa da, gecikmək riski artır. Əgər uşağınızda bu əlamətlər varsa, mütləq həkimə müraciət edin.
Asya
Milli.Az









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun